Hakan Fidan bu gün yunanıstanlı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edəcək

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada yunanıstanlı həmkarı Yorgo Gerapetritis ilə görüşəcək.

Görüşdə ikitərəfli əlaqələr müzakirə olunacaq.

“Bir müddət əvvəl NATO Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşü olmuşdu. Mitsotakis Türkiyə ilə yaxınlaşma istəklərini dilə gətirmişdi. Seçki zamanı da iki ölkə arasında mülayim mesajlaşmalar oldu. Bu gün həmin mülayim atmosferi davam etdirəcək addımlar atıla bilər”, – məlumatda qeyd olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password