Türkiyə KİV: “Paşinyan 2020-ci ildə müharibəni, 2023-cü ildə sülhü uduzdu”

 

“Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə müharibəni, 2023-cü ildə sülhü uduzdu”.

Bunu Türkiyənin “Karar” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, İkinci Qarabağ müharibəsində məğlub olan və mümkün yeni müharibədə qalib görünməyən Ermənistan Laçın yolunda gərginliyi azaltmaq əvəzinə, onu daha da gücləndirməyə çalışır.

Yazıda N.Paşinyanın hətta Ermənistanın rəsmi olaraq tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqillik” ildönümü münasibətilə səsləndirdiyi fikirlərə də toxunulub. Qeyd olunub ki, hökumət başçısı 2019-cu il avqustun 5-də “Qarabağ Ermənistandır. Nöqtə” deyimi, sonra isə 2023-cü il mayın 22-də “Biz Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazırıq” bəyanatı ilə tanınır.

“İndi bu nədir? Paşinyan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq mövqeyinə qayıtmaqla nə demək istəyir?İnşallah hələ sülh prosesi əldən getməyib və Paşinyan vəziyyəti xilas etməyin yollarını axtarır”, – məqalədə vurğulanıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password