Putin üçün ən pis ssenari: vaqnerçilər üsyana qalxır?
Mümkündür ki, “Vaqner” lideri Yevgeni Priqojini qiyamın təşkilatçıları qətli Vladimir Putinin üzərinə yıxmaq və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün öldürüblər.
Bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
“İki dəhşətli müharibə cinayətkarı Priqojin və Utkin məhv edildi. Bu, Ukrayna üçün çox böyük uğurdur. Amma hesab edirəm ki, üçüncü böyük cinayətkar Putinin hakimiyyəti və həyatı indi təhlükə altındadır”, – Piontkovski bildirib.
Politoloqun sözlərinə görə, Putin Priqojinə nifrət etsə də, onu öldürməyə hazırlaşmırdı:
“Priqojin əhalinin 10 faizini təşkil edən “z-vətənpərvərlərin” qəhrəmanı idi. Ölü Priqojin Putin üçün diri Priqojindən daha qorxuncdur. İndi “z-vətənpərvərlər”, priqojinçilər Rublyovkanı (Vladimir Putin və Rusiya elitasının iqamətgahlarının yerləşdiyi rayon) qarət etməyə yollanacaqlar”.