“Kanadanın XİN başçısı yalan danışır”

 

“Kanadanın xarici işlər naziri yalan danışır. Əvvəla Qarabağın onun nəzərdə tutduğu hissəsində vəziyyət təqdim edilən kimi deyil. İkincisi, hətta o cür olsa belə, Kanadanın XİN başçısı və bu qəbildən fikirlər səsləndirən digərlərini elə də narahat etmir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahib Alıyev deyib

Deputatın sözlərinə görə, onları narahat edən başqa məsələdir:

“Diqqət yetirsəniz görəcəksiniz ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan əleyhinə bəyanatlar səsləndirən dövlətlər yenə ortadadır. Heç nə dəyişməyib. Həmin dövlətlər BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı dinləmənin nəticələrini hayların İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti ilə eyniləşdirirlər və bundan narahatlıq keçirirlər. Narahatlıqları üçün də əsas var. Çünki artıq görürlər ki, Qarabağdakı hərbi xunta və digər separatçı, terrorçu ünsürlər arasında kəskin qarşıdurma var. Qarabağdan özəlliklə də Rusiya pasportu daşıyanların çıxıb getdiklərini də görürlər”.

S. Alıyev bildirir ki, onlar ilk növbədə Qarabağdakılar dirənişin prespektivsizliyini hiss edirlər: “O səbəbdən də ya Azərbaycan vətəndaşlığına razı olub, bizim bayrağımız altında yaşayacaq, ya da çıxıb gedəcəklər. Onları narahat edən də məhz budur. Onlar dedikdə ilk növbədə Niderland, Belçika, Lüksemburq, Fransanın orbitində fırlanan peyk dövlətləri və Kanadanı nəzərdə tuturam. Kanada üzərində kimin güclü təsiri olduğu heç kimə sirr deyil. Bu dörd dövlətin hər biri kiçik əmr yerinə yetirən oyunçulardır və başqasının diktəsi ilə hərəkət edirlər.

Onların nə dedikləri isə bizim üçün elə də önəmli deyil. Əsas Azərbaycanın atdığı və atacağı addım, Qarabağdakı haylara yanaşmadır. Bu isə beynəlxalq normalara və dövlətimizin qanunlarına uyğundur. Özünə hörmət edən hər hansı bir dövlət belə halda hansı addımı atırsa, Azərbaycan da onu edir. Əsas olan isə Azərbaycanın o addımı atmaq əzmində və qüdrətində olmasıdır. İkinci Qarabag müharibəsindən sonra Kanadanın nəinki XİN başçısı, həmçinin baş naziri, eyni zamanda adını çəkdiyim dörd dövlətin Fransa başda olmaqla Azərbaycan əleyhinə fəaliyyətləri və bəyanatları necə heç bir nəticə vermədisə, bunlar da elə o cür olacaq. Ola bilər ki, bunlar kiminsə üçünsə təsəllidir, amma bizim üçün heç bir əhəmiyyət kəsb etmir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password