Sarkozi Əliyevin Zuğulbadakı iqamətgahını təsvir etdi

 

Bakı mənim üçün bir kəşf oldu. Gəldiyim andan bu şəhərin gözəlliyinə heyran qaldım.

Bu fikirlər Fransanın sabiq prezidenti Nikola Sarkozinin 2007-ci ildən 2012-ci ilə qədər davam etmiş prezidentliyi müddətinin son iki ilinə həsr olunmuş və avqustun 22-də Parisdə təqdimatı keçirilmiş “Döyüşlərin vaxtı” (Les Temps des Combats) kitabında yer alıb.

Kitabda sabiq prezident 2011-ci ilin oktyabrında Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfəri ilə bağlı xatirələrini də bölüşüb.

Sarkozi paytaxtımız barədə çox heyrətlə danışıb, onu Aralıq dənizindəki Nitsa şəhəri ilə müqayisə edib və işıqlı, zəngin Bakı ilə kasıb İrəvan arasında kəskin ziddiyyəti vurğulayıb:

“Bakı dənizkənarı şəhərin bütün üstünlüklərinə malikdir və eyni zamanda çoxlu keyfiyyətli restoranları olan paytaxtdır. Burada terraslar çoxdur. Ailələr dəniz kənarında gəzib əylənirdilər. Bu mühitdə hər şey incəsənətə, mədəniyyətə, tarixə müraciət edirdi. Bakı təhlükəsiz, özünə güvənən şəhərin görüntüsünü yaradırdı. Prospektlər geniş idi, avtomobillərin hərəkəti kifayət qədər intensiv idi. Az qala, özümü fərqli bir dünyada hiss edirdim”.

Sarkozi kitabında Bakıdan çox təsirləndiyini, hətta Azərbaycana səfərinin bu qədər qısa olmasına və bu şəhərdə gecələməməsinə təəssüfləndiyini qeyd edib.

Fransanın eks-prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin onun şərəfinə şam yeməyi təşkil etdiyi Zuğulbadakı iqamətgahı da təsvir edib:

“Saray yüngül mərmərdən tikilib. Proporsiyalar möhtəşəm idi. O, gözəl, zəngin və yeni idi. Özümü film üçün dekorasiya edilmiş səhnədə hiss edirdim”.

O, müqayisə üçün Ermənistana səfəri zamanı İrəvanda qaldığı oteli xatırlayıb və oranın rahat, lakin daha çox sovet dövründən qalma köhnə və sönük üslublu saraylara bənzədiyini qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password