“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi növbəti layihəsini gerçəkləşdirib
“Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin dəstəyi ilə Bakı şəhərində dövlət qurumlarının əməkdaşlarına 21-22 avqust tarixlərində 2 günlük növbəti təlimlər təşkil olunub.
Bu barədə Aktualinfo.org-a “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Mətbuat xidməti məlumat verib.
Məlumatda qeyd edilir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində ictimai xidmətlər göstərən dövlət qurumlarının əməkdaşlarına avqust ayının 21-22 tarixləridə Bakı şəhərində “Çıraq Plaza Hoteldə” 2 günlük təlimlər təşkil olundu. Təlim “Etika” Akademiyasının rəhbəri, peşəkar təlimçi Günel İbrahim tərəfindən keçirildir. Təlim zamanı təlimçi Günel İbrahim tərəfindən sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə sahələrində fəaliyyət göstərən qurumların əməkdaşları üçün müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıq sahələrini peşəkarcasına önə çəkmişdir. Təlimdə Günel xanım aşağıdakı mövzular barəsində maraqlı məlumatlar vermişdir:
- Birgə yaşamaq mədəniyyəti ;
- Etik davranıış qaydaları;
- Əlilliyi olan qadınlarla davranış etikası; Öhdəliklərimiz;
- İctimaiyyətin vəzifəsi;
- Beyin alimlərinin ixtiraları əsasında davranış kodları;
- Emosional zəka meyyarları;
- Xüsusi bədən dili;
- İş mühitində qeyri verbal göndərmələr xəritəsi;
- Nitq Formulaları: Xarizmatik nitq. Mütəxəssis nitqi. Motivasiya nitqi;
- Narazılıqları sürətli dəf etmə texnikası;
- Neyro Estetika- beyin məşqləri. Stresə davamlılıq.
Mövzuların müzakirəsi zamanı iştirakçılar həyatda qarşılaşdıqları hadisələri də müzakirə etdilər. Bu da təlimi daha maraqlı etdi. Hər bir iştirakçı öz sahəsi üzrə rastlaşdığı anları yuxarıdakı mövzulara görə araşdırmağa çalışdılar.
Təlimdə Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiu, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Baki şəhər Baş Polis İdarəsi, TƏBIB, KOBİA, AQUPÜDK, ARTİ, UBM, ASAN XIDMƏT, DOST Mərkəzi, Dövlət Məşğulluq Agentliyi, Sosial Xidmətlər Agentliyi, TSEK, İTS, Baki Sğorta, 1 nömrəli və Şaqan Reabilitasiya Mərkəzləri, BU GÜN TV, Səhiyyə TV və digər qurumların əməkdaşları iştirak edirdilər. Təlim maraqlı anları ilə iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. Sonda təlim iştirakçılarına sertifikatlar verildi.
Əlilliyi olan qadın və qızlara dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlar tərəfindən münasibətin yaxşılaşdırılması, onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, icitmai xidmətlərin keyfiyyətinin və müyəssərliyinin təmin edilməsi təlimin əsas məqsəd kimi qarşıya qoyulub.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir.
İcra müddəti sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) ərzində icra olunacaq.
“Əlil Qadınlar Cəmiyyəti” İB Mətbuat xidməti