Ukrayna ilk F-16 qırıcı təyyarələrini 6-7 aydan tez ala bilməyəcək
“Ukrayna ilk F-16 qırıcı təyyarələrini 6-7 aydan tez ala bilməyəcək”.
Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.
Onun sözlərinə görə, təyyarələrin təhvil verilməsi müddəti ukraynalı mütəxəssislərin təlim müddətindən asılı olacaq: “Təyyarə özü platformadır. Silahların – raketlərin, mərmilərin və F-16 təyyarələrinin daşıyacağı bombaların ötürülməsindən də danışmalıyıq. Həmçinin Ukraynanın təyyarələrə xidmət göstərməsi və döyüş tapşırıqlarını yerinə yetirməsi üçün infrastrukturun hazırlanmasını da unutmayaq”.
Qeyd edək ki, avqustun 18-də media ABŞ-ın F-16 təyyarələrinin Danimarka və Hollandiyadan Ukraynaya təhvil verilməsinə razılıq verdiyi barədə məlumat yayıb. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan vurğulayıb ki, Ukrayna pilotların təlimi başa çatdıqdan sonra qırıcı təyyarələr alacaq.