Prokurorluq sabiq bələdiyyə sədrinin bəraət hökmündən protest verib

 

Baş Prokurorluq Səbailin keçmiş bələdiyyə sədri ilə bağlı məhkəmə qərarından protest verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Səbail bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğluna bəraət verilməsi, eləcə də, ittiham olunduğu cinayət əməlinə tam qiymət verilməməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmündən Baş Prokurorluq tərəfindən apellyasiya protesti verilib.

Qeyd edək ki, istintaqla Ə.Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və Səbail bələdiyyəsinə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və 320-ci maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password