Macarıstanın Aİ-yə sədrlik edəcəyi dönəmdə ciddi addımlar ata bilərik – Ərdoğan

 

Macarıstanın baş naziri Viktor Orban 2024-cü ilin ikinci yarısında Avropa İttifaqına sədrlik edəcək, bu prosesdə ciddi addımlar ata bilərik.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablayarkən deyib.

“V.Orban Türk Cümhuriyyətləri ilə bağlı müşahidəçi üzv kimi hansı mövqedə olduğumuzu bilir. Macarıstan tarixən Türkiyəyə yaxın olan bir ölkədir və bu yaxınlığını ölkəmizə olan münasibəti ilə sübut edir”, – deyə o, vurğulayıb.

Qeyd edək ki, 20 avqust tarixində Rəcəb Tayyib Ərdoğan Macarıstanın milli bayramı – Müqəddəs Stefan Günü ilə bağlı iştirak etmək üçün Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə bir günlük səfər edib.

Xatırladaq ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password