Hakan Fidan Rusiyaya rəsmi səfər edəcək

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya rəsmi səfər edəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablayarkən deyib.

Ərdoğan, Taxıl dəhlizi və Rusiya – Ukrayna müharibəsi ilə bağlı sualları cavablandırıb.

“Cənab Putin Rusiyanın taxıl dəhlizi məsələsinə müsbət münasibətdədir. Sentyabrda Hindistanda G-20 sammiti, ABŞ-da isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası keçiriləcək. Bu gərgin mühitdə fürsət tapsaq, cənab Putinlə müharibə məsələsini üzbəüz görüşüb söhbət edəcəyik. Tezliklə xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edə bilər. Çünki bu işin üz-üzə müzakirə olması böyük əhəmiyyət kəsb edir və nəticəni bu şəkildə etmək daha doğru olar”,- deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan vurğulayıb ki, Ukrayna prezidenti Zelenskinin Türkiyəyə gəlişindən, onunla görüşlərimizdən, eləcə də NATO Liderlər Zirvə toplantısındakı görüşlərimizdən müsbət nəticələr əldə edəcəyik.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password