Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olundu

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkədə hiss olunan zəlzələ barədə açıqlama verib.

Xidmət Mərkəzinin İnformasiya Şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, zəlzələ Ermənistan ərazisində olub və Azərbaycanın bir neçə rayonunda hiss edilib:

“Zəlzələnin maqnitudası 4,1 olub, ocağı altı kilometr dərinlikdə yerləşib”.

O qeyd edib ki, zəlzələ Tovuz, Gədəbəy və digər həmsərhəd rayonlarda hiss olunub.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Tovuz stansiyasından 39 km cənub-qərbdə, Ermənistan ərazisində qeydə alınan zəlzələ Azərbaycanın sərhəd rayonlarında üç bala qədər hiss olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password