Sarkozi ABŞ-dan imtina, Rusiyaya güzəşt təklif etdi
Avropa Birliyi artıq müharibəyə girmədən müharibə aparmaq ideyasına sadiq qala bilməz. Ukraynadakı münaqişəni uzatmaqla ABŞ-ın maraqlarını izləməkdənsə, diplomatiya yolunu tutmaq lazımdır.
Bunu Fransanın keçmiş prezidenti Nikola Sarkozi deyib.
“Cəsarət edib bu çıxılmaz vəziyyətdən çıxmaq lazımdır. Çünki bu planda Avropanın maraqları amerikalılarla üst-üstə düşmür. Xüsusilə də münaqişə uzanarsa, strategiyamızı aydınlaşdırmalıyıq. Güzəşt olmadan heç nə mümkün deyil, biz vəziyyətin hər an pisləşə biləcəyi riski ilə üzləşirik”, – Sarkozi bildirib.