Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinə 80 milyon manat ayrılıb

 

Prezident İlham Əliyev Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işləri üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80,0 (səksən) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password