AMEA: “Şuşa həbsxanasının ətrafında insan qalıqlarının olması ehtimalı var”
“Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlığın ətrafında insan qalıqlarının olması ehtimalı var”.
Bu barədə açıqlamasında AMEA Arxeologiya, Etnoqrafiya və Antropotologiya İnstitutunun elmi katibi Akif Quliyev deyib.
Onun sözlərinə görə, növbəti ekspedisiya zamanı yoxlama-tədqiqat işləri aparılacaq: “İnsan qalıqları aşkar olunarsa, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.