Ermənistanın işğalı Azərbaycanın 8 şəhəri və yüzlərlə kəndinin tamamilə yox olmasına səbəb olub – Hikmət Hacıyev
Ermənistanın 30 il ərzində davam edən işğalı Azərbaycanın 8 şəhər, yüzlərlə kəndinin tamamilə yox olmasına səbəb olub.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” 9tvitter) sosial şəbəkə hesabında yazıb.
H.Hacıyev qeyd edib ki, Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən, indiyədək misli görünməmiş bərpa prosesi işğaldan azad edilmiş əraziləri dirçəldir.