Bölgədə savaşa yol açacaq həmlə – O ölkə də nüvə gücünə çevrilir

 

Rusiya və Çin Qərbə qarşı birləşib. Qərb mətbuatında Pekinin Rusiyaya siyasi-hərbi dəstəyini artmasıyla bağlı məqalələrin sayı çoxalıb. Rusiya və Çin Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə imza atan dövlətlərin son Vyana toplantısında AUKUS-a (Avstraliya, Böyük Britaniya və ABŞ) qarşı birgə hesabat yayımlayıb. Hesabat müəlliflərinin qənaətinə görə, AUKUS bu müqaviləyə ziddir.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri bildirirlər ki, birgə hesabatı Rusiya və Çinin ekspertləri birgə hazırlayıb:

“Pekin və Moskvanın iddia etdiyi “zərər”in nədən ibarət olduğu aydınlaşdırılmayıb. Qəb ölkələri də Rusiya və Çinin iştirakçısı olduğu müxtəlif birlikləri nüvə silahının yayılmaması müqaviləsinə zidd olduğunu vurğulaya bilərlər.

AUKUS 2021-ci ilin sentyabr ayında formalaşıb. Birlik Avstraliya, Britaniya və ABŞ arasında hərbi əməkdaşlığın genişləndirilməsini hədəfləyib. Bu birlik Çini narahat edir. Çünki birliyin əsas məqsədi Çinin bölgədə artan hərbi gücünə qarşı adekvat addımlar atmaqdır. Rusiya sadəcə strateji tərəfdaşı Çini dəstəkləmək məqsədilə birliyə qarşı hesabata imza atıb.

 

Britaniya və ABŞ Avstraliyaya sualtı nüvə gəmilərinin inşasında dəstək verirlər. Pekini qorxudan da budur. Çindən fərqli olaraq, Avstraliyanın nüvə silahı yoxdur. Ancaq Avstaliya qonşu Çinin okeanlarda artan hərbi faəllığından narahatdır. Ona görə də Avstraliya Britaniya və ABŞ-la birgə hərbi dəniz donanmasını gücləndirməyə qərar verib. Avstraliyanın 2027-ci ildən başlayaraq bir neçə nüvə sualtı gəmisi olacaq”.

Məqalədə qeyd olunur ki, bu məqsədlə Avstraliya sahillərində hərbi məqsədlər üçün limanlar da tikiləcək:

“Rusiya və Çin hesab edirlər ki, nüvə dövlətləri olan Britaniya və ABŞ bu texnologiyaları Avstraliya ilə bölüşməklə nüvə müqaviləsinə zidd hərəkət edirlər. Pekin və Moskvanın qənaətinə görə, Vaşinqton və Londonun Avstraliya üçün inşa edəcəkləri nüvə sualtı gəmiləri gələcəkdə fərqli məqsədlər üçün istifadə olunacaq. Yəni Rusiya və Çin iddia edir ki, Avstraliya əldə etdiyi texnologiyalar vasitəsilə nüvə silahının istehsalına başlayacaq. Eyni məntiqlə Rusiyanın müxtəlif ölkələrdə inşa etdiyi atom elektrik stansiyalarından da sonrakı mərhələdə nüvə silahı əldə etmək mümkündür. Digər tərəfdən, Rusiya rəsmilərinin “Ukraynaya qarşı nüvə silahından istifadə edə bilərik” açıqlamaları nüvə silahının yayılmasından daha qorxuludur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password