Azərbaycan Ordusunun Xocavənddəki mövqeləri atəşə tutulub
Avqustun 12-si saat 15:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.