Türkiyə Rusiyaya qapını bağladı – “Güzəşt olmayacaq”

 

“Rusiya və Türkiyə liderləri arasında Qarabağın dağlıq hissəsindəki silahlı erməni birləşmələrinin çıxarılması və reinteqrasiya məsələləri də müzakirə olunacaq”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Ermənistanın “humanitar yük şousu”nu davam etdirməsi danışıqlar prosesinə mane olur. “Şou”nun müəllifi və danışıqlar prosesini pozan Rusiyadır. Əlbəttə, Ermənistanın bu oyunda könüllü alət olması da başqa dərddir. Nəticəsi də budur ki, sülh danışıqları dalana dirənir. Amma son gəlişmələr fonunda Rusiya Prezidenti Vladimir Putinin Türkiyə səfəri xüsusi önəmə malikdir. Zənnimcə, bu səfər çərçivəsində sülh müqaviləsi və rus sülhməramlılarının Qarabağdakı fəaliyyəti müzakirə ediləcək. Türkiyə bu məsələdə Rusiya güzəştə getməyəcək. Rusiya reinteqrasiya prosesinə mane olur, silahlı erməni birləşmələrinin çıxarılmasına imkan vermir. Bu, Ankaranı narahat edir”, – ekspert bildirib.

Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya və Türkiyə liderləri arasında Qarabağın dağlıq hissəsindəki silahlı erməni birləşmələrinin çıxarılması və reinteqrasiya məsələləri də müzakirə olunacaq:

“Düşünürəm ki, müttəfiqimiz Türkiyə Azərbaycanın bu maraqlarından Rusiyaya güzəştə getməyəcək. Lazımi mesajlardan sonra nəticə olmasa, Türkiyə və Azərbaycanın təzyiq siyasətinə keçəcəyini düşünürəm. Bunun davamı olaraq, növbəti mərhələdə Azərbaycanın antiterror əməliyyatına başlayacağını istisna etmirəm.

Türkiyəyə gəlincə, Prezident Ərdoğan artıq Rusiya sülhməramlılarının iki il sonra Qarabağdan çıxacağı mesajını verib. Putinlə görüşdə bu məsələyə nöqtə qoyula bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password