Zelenski: “Rusiya gəmisiz qala bilər”

 

Rusiya Qara dənizdəki Ukrayna limanlarını blokadaya aldıqdan sonra Ukrayna sübut etməlidir ki, onun ərazi sularında mal idxal və ixrac etmək hüququ var”.

Bunu Latın Amerikası mediasına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Ukrayna dövlət başçısının sözlərinə görə, blokada olarsa, o zaman Ukrayna buna son qoymaq üçün başqa yol tapmalıdır.

Zelenski qeyd edib ki, Rusiya Federasiyası Qara dənizdə hökmranlıq etməkdə davam edərsə və raketlər atmaqla onun qarşısını kəsərsə, o zaman Ukrayna da eyni şeyi edəcək ki, bu da bizim imkanlarımızın ədalətli müdafiəsidir.

O əlavə edib ki, Ukraynanın çox silahı yoxdur, lakin ruslar atəş açmağa davam edərsə, müharibənin sonuna qədər onlar gəmisiz qala bilərlər.

“Bizim onlara göstərmək istədiyimiz budur”, – deyə Zelenski fikrini yekunlaşdırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password