Bolqarıstanın qədim Plovdiv şəhərində türk izi – Səfər qeydləri – I yazı

 

Aktualinfo.org bu günlərdə ASKEF-in (Avroasiya Sanat Kultur Edebiyyat ve Bilim Federasyonu) təşkilatçılığı ilə bir qrup Azərbaycan ziyalısının 14-24 iyul 2023-cü il tarixlərdə Balkanlar turunda olması barədə məlumat vermişdi. Səfər zamanı Balkan yarımadası ölkələrinin qədim tarixi yerlərini gəzmiş, görmüş tur iştirakçılarının yol qeydlərini də diqqətinizə çatdırırıq.

Biz 14 iyul 2023 tarixdə Türkiyə-Bolqarıstan sərhəddinə çatdıq. Burada maraqlı bir faktı qeyd edim. Türkiyə Cümhuriyyətindən Bolqarıstan Respublikasına keçən hər 5 avtobusdan 4-ü Türkiyə, hər 10 yük maşınlarından 8-i Türkiyə nişanlı idi. Bu sayım  Serbiya, Bosniya və Hersoqovina, Monteneqro, Albaniya sərhədlərində də belə idi. Bu isə o demək idi ki, Balkanlarda Osmanlıdan üzü bəri hələ də Türkiyə Cümhuriyyətinin nüfuzu yüksək səviyyədədir. Qabaqcadan onu da qeyd edək ki, Bolqarıstan və Serbiya zaman-zaman Osmanlının hakimiyyəti altında yaşayaraq inkişaf etmələrinə baxmayaraq, türklərə mövqeləri fərqlidir. Əsrlər öncə tikilən cameləri, məscidləri, binaları ya söküb dağitmaqla, ya da tikintidə bəzi dəyişiklik edib adını dəyişdirmklə türkün izini itirməyə çalışsalar da getdiyimiz bütün şəhərlərdə qədim türklərin izi görünür. Bir müqayisə: haylar Qərbi Azərbaycanda türk adlarını nə qədər dəyişdirməyə çalışsalar da yenə bizim izimiz orada qaldığı kimi Bolqarıstan və Serbiyada da vəziyyət eyni ilə belədir.


Biz 2 saata yaxın Türkiyə-Bolqarıstan sərhəddini keçdik. Havaların isə isti keçməsi bizi lap əldən salmışdı. Ümumiyyətlə bütün səfər boyunca havanın hərarəti 40-43C dərəcədən aşağı düşmədi. Buna baxmayaraq yol boyu Türkiyənin şimalında və bütün Bolqarıstan, Serbiya, Bosniya və Herseqovinanın düzənliklərində qarğıdalı və günəbaxan sahələrindəki yaşıllıq və sarı çiçəkləri seyr etmək də olduqca maraqlı idi.

Biz Bolqarıstanın ikinci böyük şəhəri Plovdivə gəldik. Burada “Chity hotel”-də yerləşdik. Yol bizi yormuşdu və istirahətin yeri vardı. Şam yeməyi, yuyunmaq və yatmaq. Mən bütün mehmanxanalarda Vüqar müəllimlə birgə qalırdım və müxtəlif sərgüzəşlərimiz də olurdu. Bu mehmanxanada tarakanlar qonağımız oldu və biz məcburən onların bir neçəsini öldürüb bir sıraya düzdük.

Mən gəzdiyimiz bütün şəhərlərdə TÜRKÜN izini axtarmağa çalışırdım və Plovdiv şəhərində də maraqlı məlumatlar əldə etdik. Bu şəhərin tarixi çox qədimlərə gedir və bir çox mənbələrdə b.e.ə 7-ci minillikdə salındığı iddia olunur. Şəhər əsasən 7 təpə üzərində yerləşirmiş, bu təpələrdən biri “Markovo-Təpə” 100 il əvvəl dağıdıldığından indi 6 təpə qalmışdır.Bu təpələrin adlarının bəzilərinə nəzər salaq.

1.“Bunardjik” adının mənşəyi çoxlu su mənbələrinə görə osmanlıca “bunar” quyu deməkdir.

2.“Cəndəm Təpə” (Cəhənnəm təpəsi),

3.“Sahat Təpə” (Saat təpəsi), burada yuxarısında saat olan qüllə olduğundan belə adlandırılmışdır.Digər 3 təpə də müxtəlif adlarla adlandırılsa da, hamısında təpə sözü işlənir. Camb-Təpə (ip gəzənlər təpəsi), Tiksim-təpə (suayrıcı təpə), Nebet-təpə (mühafizə təpəsi).

Bu şəhərdə 1363-1364-cü illərdə Osmanlı imperatoru II Muradın inşa etdirdiyi Cumaya (Cümə) məscidi Balkanların ən qədim məscidlərindən sayılır. Məscidin fasadı qədim Bolqar və Bizans memarlığının elementlərini birləşdirir: divarlardakı iki sıra kərpic arasından bir sıra yonulmuş daşları görmək olar. Məscidin binasında qurğuşunla örtülmüş doqquz günbəz var. Binanın şimal-şərq hissəsindən yuxarıda qırmızı kərpicdən ornamental naxışla bəzədilmiş minarə ucalır, içəridə divarlar nəbati motivli rəsmlər və Qurandan ayələr ilə bəzədilmişdir. Bolqarlar nə qədər yox etməyə çalışsalar da, qədim tikililərin əksəriyyətində Osmanlının izi qalmaqdadır.

Gəzintimiz avtobusla olduğundan yolumuz maraqlı olsun deyə avtobusda maraqlı tədbirlər keçirirdik. Mikrofonumuz ilk gün ASKEF başkan yardımçısı Nilgün xanım Seçenin əlində idi və hər birimiz özümüz haqqında məlumatlar verməyə başladıq. Bütün iştirakçılar qısaca tərcümeyi halını danışdı və bu turu təşkil etdiyinə görə ASKEF başkanı Savaş bəy Unala təşəkkürünü bildirdi. ASKEF-in Azərbaycan və Orta Asiya təmsilçisi Sona xanım Abbasəli qızının maraqlı şerlərini Nilgün xanımın dili ilə desək “qocaman, gurultulu alqışlarla qarşılayırdıq. İxtisasca həkim olan Mustafa hocamın maraqlı söhbətləri, Sevda xanım Muradəliyevanın mahnı və şerləri, Vüqar müəllimin duzlu-məzəli çıxışları yolumuzu daha da maraqlı edirdi. Qabaqda hələ maraqlı, sürpriz dolu günlərimiz vardı. Biz günorta saatlarında Bolqarıstan-Serbiya sərhəddinə çatdıq.

Aşağıdakı cədvəldə Balkanlarda gedəcəyimiz ölkələrin adları, ərazisi, əhalisi göstərilmişdir. Oxuculara maraqlı olsun deyə bu cədvəli sizlərə təqdim edirik.

Ölkə Balkanlardakı
Ərazisi və nisbəti
Ərazisi (km²) Balkanlardakı əhali Ölkə əhalisi Paytaxt
 Albaniya 28.748 28.748 2.831.741 2.831.741 Tirana
 Bosniya və Herseqovina 51.197 51.197[ 4.613.414 4.613.414 Sarayevo
 Bolqarıstan 110.879 110.879[ 7.351.234 7.351.234 Sofiya
 Monteneqro 13.812 13.812 620.145 620.145 Podqoritsa
 Kosovo 10.887 10.887 1.733.872 1.733.872 Priştina
 Şimali Makedoniya 25.713 25.713 2.052.722 2.052.722 Skopye
 Serbiya 55.965 (% 72,2) 77.474 5.207.777 7.120.666 Belqrad
 Türkiyə 23.726 (% 3) 783.562 10.434.511 74.724.269 Ankara

Əli Vəliyev

Vüqar Abduyev

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password