Moskvadan Bakı və İrəvana hədə kimi mesaj: “Bu, yeni münaqişəyə səbəb ola bilər”

 

“Azərbaycanla Ermənistan arasında tələsik sülh müqaviləsi bağlamaq cəhdi gələcəkdə yeni münaqişələrə gətirib çıxaracaq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Tələsik hazırlanmış, kobud sülh sazişi bölgəyə davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Prioritet sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanmasına verilməlidir”, – diplomat vurğulayıb.

Qonçar Qərb paytaxtlarından Bakı və İrəvanın yaxın həftələr və aylarda sülh müqaviləsi imzalaya biləcəkləri barədə mütəmadi açıqlamaların gəldiyinə diqqət çəkib. Onun sözlərinə görə, imzalanma tarixlərini tərəflər özləri müəyyənləşdirməlidir.

“Məsul vasitəçilərin vəzifəsi fürsətçi danışıqlar naminə danışıqlar prosesini sürətləndirmək deyil, möhkəm uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir. Onlar yerlərdəki reallıqlara, ilk növbədə, ən yüksək səviyyədə Rusiya-Azərbaycan-Ermənistan bəyanatlarına və bunların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır”, – Rusiya rəsmisi söyləyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password