ASKEF-in təşkil etdiyi bir qrup ziyalının Balkanlar turu başa çatıb
Balkan turundan əvvəl bizi hava limanında Kaya Haber Ajansı sahibi Zakir bəy Kaya qarşıladı və ASKEF ailəsi olaraq ona təşəkkür edirik.
Bizim çoxdan səbirsizliklə gözlədiyimiz ASKEF-in təşkil etdiyi Balkanlar turunun vaxtı gəlib çatdı. Azərbaycandan 18 nəfər bu tura qatılmışdır. Turda türk və azərbaycanlı ASKEF üzvləri bir ailə kimi iştirak edəcəkdi və biz artıq Bolqarıstan Respublikasına vizamızı da almışdıq. ASKEFİ-ni Genel Başkanı Savaş Ünal bəyin yüksək səviyyədə təşkil etdiyi bu turnir həm də Balkanlarda Ulu Türkün yazdığı tarixiə bir nəzər salmaq, Osmanlının tarixi yurdunu ziyarət etmək, ikinci minillikdə orada baş vermiş hadisələrin tarixi xronikasını öyrənmək məqsədi daşıyırdı. 10 gün müddətində biz proqram üzrə Balkanlarda olan Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Albaniya, Kosovo və Şimali Makedoniya dövlətlərini ardıcıllıqla gəzməli idik. Bildirirəm ki, Balkanların Avropa ittifaqına üzv olan (Şengen vizası daxilində olan) ölkələrə viza problemindən Yunanistan və Xorvatiyaya gedişimiz münkün olmadı.
Azərbaycan qrupu 14 iyulda Bakıdan İzmirə uçdu və mən Vüqar müəllimlə qrupumuzu İzmir hava limanında qarşıladıq. Biz artıq 11 iyulda İstanbula gəlmişdik və oradan da 14 iyulda İzmirə üçduq. Azərbaycan qrupunun tərkibi aşağıdakı kimi idi: mən Əli Vəliyev, Vüqar Abduyev, Sona ismayılova, Lütviyyə Əsgərzadə, Rəna Məmmədova, Rəna Xudiyeva, İltifat Abbasov, Pəri Paşayeva, Svetlana Rüstəmova, Nailə Sadıqova, İradə Hacızadə, Suğra Bağırzadə, Emilya Qədirova, Sevda Abbasova, Sevda Muradəliyeva, Gülqədəm Mirzəzadə, Ümman Rüstəmli, Xədicə İsmayılova. İzmir hava limanında Azərbaycan qrupunu qarşılayanlar arasında Türkiyənin “Kaya Haber” ajansının qurucusu, professor, araşdırmaçı, yazar Zakir Kaya bəy də vardı və o hava limanındaca Azərbaycan qrupu ilə görüşərək həm kitablarını hədiyyə etdi və qrupumuzdakı yazarlar da öz kitablarını Zakir bəyə təqdim etdilər.
Artıq bizi Savaş Bəy başda olmaqla Türk dostlarımız hava limanının yaxınlığında avtobusda gözləyirdilər. Möhtəşəm bir görüşmə oldu. Turda bizim köhnə dostlarımız da vardı və bizim ilk görüşümüz bayrama çevrildi. Türkiyədən isə aşağıdakı dostlarımız turda iştirak edirdi: Mustafa Seçen, Nilgün Seçen, Kadır Altay, Serpil Altay, Yaşar Yaramış, Saliha Yaramış, Birkan Sel, Gülnihal Sel, Nuri Hoşçoloklar, Julide Hoşçolaklar, Nilay Hoşçolaklar, Nur Hoşçolaklar,Gürhan Tunc, Feray Tunc, Fevziye Aras, Teslime Çetin, Ayşe Çetin, Gülcan Esen Güleç, Pakize Yaşılyurt, Nejla Akyüz və ASKEF-in yaradıcısı və başqanı, hamımızın sevimlisi Savaş bəy Ünal. Yolçuuğumuza maraq qatan Savaş bəyin xanımı Qönçə xanım da Ədirnəyə qədər bizimlə getdi.
İzmirdən keçərək Çanaqqalaya gəldik və Türkün igidlik, mərdlik simvolu olan bu bölgədə 1-ci dünya müharibəsində Türkün qələbəsində müstəsna rolu olan uzunluğu təxminən 4.000 metr olan Çanaqqala körpüsünü keçərək Ədrnə şəhərinə gəldik. Ədrnə şəhəri Şərqi Trakiyada, Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan sərhədlərinə yaxınlığında yerləşir və növbəti yazılarımızda bu şəhər haqqında geniş yazacağam. Biz bu şəhərdə şam yeməyi yedik və mən həyatımda ilk dəfə olaraq burada qaraciyərdən hazırlanmış qizartma yedim. Çox dadlı idi. Şamdan sonra biz Bolqarstana tərəf yola düşdük. Bu da Türkiyə-Bolqarıstan sərhəd məntəqəsi.
Əli Vəliyev
Vüqar Abduyev