Əliyev onlara nəzakətlə qapını göstərdi – Erməni politoloq

 

Baş nazir Nikol Paşinyan son müsahibəsində (“Avronyus”a müsahibə nəzərdə tutulur – red.) etiraf etdi ki, Ermənistanın demokratik olması hələ bizə kömək etməyib.

Bu sözləri erməni politoloq Qarik Keryan deyib.

“Ermənistan rəhbərliyi uzun müddətdir deyir ki, bizdə demokratiya var, bu, bizim brendimizdir və bu, təhlükəsizliyimizi təmin edir, lakin “Avronyus”a müsahibəsində Paşinyan mahiyyətcə bunun zəmanət olmadığını etiraf edib”, – o bildirib.

Keryanın sözlərinə görə, 44 günlük müharibə zamanı hərbi-siyasi tərəfdaş kimi “öhdəlikləri yerinə yetirə bilməyən” Rusiyaya qarşı ittihamlar fonunda Ermənistanın xarici siyasət vektoru Qərbə doğru açıq şəkildə meyillənirdi:

“Əsas yenilik odur ki, indiyə qədər, ən azı rəsmi olaraq, biz Baş nazir Paşinyandan Qərb ilə bağlı müəyyən narazılıqlar, həyata keçməmiş istəklər barədə nəsə eşitməmişik. Bu dəfə onun sözlərində aydın şəkildə tənqidi yanaşma görünürdü. Yenilik bunda idi. Bütün digər məsələlərlə bağlı isə artıq gündəlik media sahəsində mövcud olan və ən azı iki ildir eşitdiyimiz tezislər, fikirlər və narahatlıqlar səsləndirildi”.

Ekspert bildirib ki, Baş nazir Paşinyanın “Avronyus”a müsahibəsini Brüsselə şikayət mesajını bu cür ümumiləşdirmək olar: “Biz görürük ki, siz hərəkətsizsiniz, neytralsınız, sözdən əmələ keçmirsiniz”.

Keryan vurğulayıb ki, ATƏT-in Misnk Qrupunun fəaliyyət göstərməsi üçün Bakının da razılığı lazımdır:

“44 günlük müharibədən sonra Minsk Qrupu fəaliyyətə başlamışdı. Ancaq Azərbaycan Prezidenti müharibənin bitdiyini, artıq Minsk Qrupunun görəcəyi heç bir iş olmadığını bildirərək, nəzakətlə onlara qapını göstərdi”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password