Bakı Qarabağ ermənilərinə nə verə biləcəyini açıqladı
Prezident İlham Əliyevin “Avronyus” (Euronews) telekanalına müsahibəsində Qarabağdakı erməni əhalisinə müraciəti Bakının rəsmi proqramı hesab edilə bilər: Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərə təhsil, mədəniyyət, dini hüquqlar veriləcək, təhlükəsizlikləri təmin olunacaq.
Bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Bununla bərabər, yerli idarəetmə kimi də bələdiyyələri ola bilər. Azərbaycanda bələdiyyələrin hansı funksiyanı yerinə yetirdiyi məlumdur”, – o bildirib