Yevlaxda ermənilərlə görüşün hazırlığı gedir

 

Hazırda Yevlaxda Azərbaycan hökumətinin nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni etnik azlıq nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır.

Bu barədə “Caliber” məlumat yayıb.

“Görüş təklifi heç bir üçüncü ölkədən gəlməyib, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan eksklüziv olaraq mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutacaq dialoq Bakının məlum təklifinin məntiqinə uyğundur. Təəssüf ki, erməni mətbuatına sızan bəzi məlumatlara görə, indi Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Bu, son dərəcə dağıdıcı mövqedir, çünki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər”, – məlumatda qeyd olunub.

Qarabağdakı ermənilərin nümayəndələri ilə görüşün Yevlaxda keçiriləcəyi haqda yayılan məlumatlara politoloq Asif Nərimanlı belə münasibət bildirib:

Maraqlı detaldır. Ermənistanın I Qarabağ müharibəsində Yevlaxa qədər əraziləri işğal etməyi planlaşdırırdı. Hətta “biz Yevlaxa çatıb Azərbaycanın neft ixracının yolunu kəsməliyik” çağırışları edilirdi. 44 günlük müharibənin ilk günlərində də erməni təbliğat maşını “Azərbaycanı Yevlaxa qədər qovmuşuq” iddiaları irəli sürürdü.

İndi ermənilər Bakının onlara hansı taleyi yazacağını görmək üçün Yevlaxa gəlir. Erməni nümayəndələrin qəbul yerinin Yevlax seçilməsi bu kontekstdə təsadüfə bənzəmir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password