Bakının əli güclənir, Vaşinqtondan vacib gediş, bundan sonra Laçın postunda…

 

Blinkenin Əliyevlə telefon danışığında “Laçın yolundan tranzitin açılmasına ehtiyac olduğunu və humanitar yüklərin Qarabağdakı əhaliyə çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini” vurğulayıb.

Bu sözləri siyasi ekspert Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Bakı erməni əhalisinin keçidi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) xəstələrin daşınması üçün Laçın postunu açıq saxlayır, beləliklə, Vaşinqtonun istədiyi tranziti təmin edir: “Yüklərin daşınması üçün alternativ marşrut olaraq Ağdam yolunu təklif edir. Blinkenin açıqlamasını ABŞ-ın Ağdam-Xankəndi marşrutunu dəstəkləməsi kimi qəbul edə bilərik. Avropa İttifaqından sonra (Mişelin mövqeyi fonunda Borrelin açıqlaması əsas deyil və daha çox balans yaratmaq məqsədi daşıyır) ABŞ-ın da mövqeyi rəsmi Bakının əlinin güclənməsi baxımından əhəmiyyətlidir. Bu həm də ümumilikdə Qərb cəbhəsinin mövqeyinə təsir edə biləcək amildir”.

Prezident İlham Əliyev Blinkenlə telefon danışığında Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsini qeyd edib.

Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Erməni tərəfinin “Humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password