ABŞ və AB-nin Qarabağla bağlı mövqeyi budur

 

Azərbaycanın mövqeyi əslində Qərbinkidir. AB və ABŞ-ın mövqeyi isə Qarabağı “viran etmək” (? – red.) və Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq, eyni zamanda Rusiya və İrana problemlər yaratmaqdır.

Bunu erməni politoloq Stepan Danielyan deyib.

O bildirib ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Vilnüs sammitində və ondan sonra verdiyi bir sıra bəyanatlar da sübut edir:

“O, xüsusilə, Rusiyanın 2025-ci ildə sülhməramlı kontingentini “Dağlıq Qarabağ”dan çıxarmaq üçün verdiyi vədi yerinə yetirməli olduğu haqda bəyanat verdi. Faktları müqayisə edəndə başa düşürük ki, Ərdoğan belə bəyanatlar veribsə, deməli, bunun arxasında onun ermənilərin “Dağlıq Qarabağ”dan çıxarılması tələbi dayanır”.
Danielyanın sözlərinə görə, İrəvan Qərbin antierməni planlarına və Türkiyə-Azərbaycan tandeminə heç bir etiraz edə bilmir.

Politoloq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistanla Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsinin vəziyyətin sabitləşməsinə töhfə verəcəyi ilə bağlı bəyanatına da münasibət bildirib:

“Rusiya müşahidəçilərin yerləşdirilməsini təklif etməklə Ermənistan-Azərbaycan münasibətlərində mötədilliyinin Moskvaya qayıtmasını istəyir. Onlar həmişə Ermənistan-Azərbaycan münasibətlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə uyğun həll olunmalı olduğunu bildirir. Mariya Zaxarovanın fikirlərinə nəzər salsaq, Rusiyanın 2025-ci ildə “Dağlıq Qarabağ”da qalmaq qərarına gələ biləcəyinə də işarə olduğunu görərik”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password