Yapon alimlərin Türkiyədəki zəlzələ ilə bağlı araşdırması bitdi, ŞOK PROQNOZ verdilər

 

Türkiyədə 50 mindən çox insanın həyatını itirdiyi, yüz minlərlə insanın yaralanmasına səbəb olan fəlakətli 6 fevral zəlzələlərini təhlil edən yapon alimləri araşdırmaların sonuna gəliblər.

10 şəhəri yerlə-yeksan edən ən böyük fəlakətlərdən biri olan Kahramanmaraş mərkəzli zəlzələ ilə bağlı dünya şöhrətli yapon alimləri araşdırmalarını tamamlayıb. 9 saat fasilə ilə baş verən iki zəlzələnin çox nadir olduğunu qeyd edən mütəxəssislər, “Hətta Yaponiyanın bu zəlzələyə tab gətirə bilmədiyi” fikrini qəbul ediblər.

Aylarla davam edən araşdırmalar sonrası akademiklər ağır dağıntılara zərif quruluş və yumşaq torpağın səbəb olduğunu bildiriblər.

Elm adamları 6 fevral zəlzələlərinin ən böyük və ən şiddətli olduğunu vurğulayıblar.

“SABAH”-a danışan Kaqava Universitetindən Dr. Yoşiyuki Kaneda bildirib ki, 9 saaatlıq zaman fərqi ilə baş verməsi səbəbindən Kahramanmaraşdakı zəlzələlər olduqca nadirdir.

“Zəlzələdə həssas strukturlar və yumşaq zəmin böyük dağıntılara səbəb olub. 2016-cı ildə Yaponiyada baş verən Kumamoto zəlzələsi iki günlük fasilə ilə baş vemişdi. 1854-cü ildə Nankai xəndəyində baş verən zəlzələdə Filippin dəniz plitələrinin şərq və qərb tərəfləri təxminən 32 saatlıq bir zaman fərqi ilə bir-birinə keçmişdi”.

O bildirib ki, şimali Anadolu qırılması boyunca zəlzələyə hazırlıqlı olmaq vacibdir.

“Zəlzələnin seysmik şiddəti qruntun necə vəziyyətdə olması və strukturun qarşılıqlı təsir gücünə bağlıdır. Mərmərə zəlzələsi əhalinin sıx olduğu İstanbula böyük ziyan vurma ehtimalına görə diqqətə ehtiyacı olan zəlzələdir. Fəlakətlərin qarşısının alınması ilə bağlı maarifləndirmə çox vacibdir. Biz Türkiyədə fəlakətlərdən zərər çəkmiş insanların yanında olacağıq və gələcək zəlzələ fəlakətlərinin vuracağı ziyanı azaltmaq üçün birlikdə çalışacağıq”, – alim deyib.

Dr. Kaneda Yaponiyada baş verən böyük zəlzələlərdən az zərərlə necə qurtarıldığı haqda da danışıb:

“Yaponiyada çoxlu zəlzələlər yaşamış biri olaraq, strukturların zəlzələyə davamlı olması da daxil olmaqla, müxtəlif hazırlıqlar etdik. Məsələn, biz tikinti standartlarına uyğun konstruksiyaların tikintisi, evakuasiya təlimləri, evakuasiya mərkəzlərinin müəyyən edilməsi, sunamidən evakuasiya təlimləri kimi müxtəlif əks-tədbirlər və təlimlər keçiririk”.

Tokio Universitetindən Fumihiko Imamura, zəlzələlərin qırılmadan sonra da davam etdiyini ifadə edərək bildirib:

“Şimali Anadolu qırılmasında meydana gələn Ərzincan zəlzələsi qərbə doğru miqrasiya edən silsilə böyük zəlzələlərin ilki olaraq qəbul edildi. Ardıcıl böyük dağıdıcı zəlzələlər əsasən qərbə doğru hərəkət edirdi. 1999-cu il zəlzələsi ilə İstanbula yaxınlaşdı. Şokun müddəti regional vəziyyətdən asılıdır, baxmayaraq ki, sonrakı təsirlər zamanla azalmağa meyllidir. 2023-cü il zəlzələsinin təsirinin Şimali Anadolu qırılması boyunca domino kimi hərəkət edən zəlzələlər üçün təxminən növbəti on il ərzində davam edəcəyini söyləyə bilərik.

Qısa müddətdə növbəti dəfə zəlzələnin harada, nə vaxt və necə olacağını proqnozlaşdırmaq mümkün deyil. Yaponiyada 1980-ci illərdən etibarən seysmik standartlara yenidən baxıldı və yeni standartlara çevrildi. Nəticədə zəlzələnin miqyasından çox, zəlzələnin sarsıntı intensivliyinə qarşı seysmik müqavimət inkişaf etdirilir. Türkiyədə baş verən son zəlzələ, hətta Yaponiya standartlarına görə də fəlakətə səbəb olardı”. /publika.az

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password