Üsyandan sonra Vaqnerdən diqqət çəkən HƏMLƏ – Yüzlərlə əsgər göndərdi
Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Mərkəzi Afrika Respublikasında iyulun 30-da keçiriləcək konstitusiya referendumu öncəsi ölkəyə yüzlərlə əsgər göndərib.
“Vaqner”in tabeliyində olan yeni birləşmələr MAR-dakı hərbi personala təlim keçmək və təhlükəsizliyi təmin etmək məqsədilə ölkəyə göndərildiyi deyilir.
Yüzlərlə əsgərdən ibarət birləşmələrin fotolarının paylaşıldığı açıqlamada 5 ildir ki, “Vaqner” tərəfindən təlim alan MAR ordusu, polis və jandarmasının ölkənin təhlükəsizlik səviyyəsinin artırılmasında irəliləyiş əldə etdiyi bildirilib.
MAR-da 2 minə yaxın muzdlu rus əsgərindən ibarət olduğu təxmin edilən “Vaqner” hərbi birləşmələrinin iyulun əvvəlində ölkəni tərk etməyə başladığı iddia edilmişdi.
Lakin MAR prezidentinin mətbuat katibi Yaloke Mokpem “Vaqner” özəl hərbi şirkətinin ölkəni tərk etdiyinə dair iddiaların doğru olmadığını və birləşmələrin sadəcə “rotasiya” etdiyini bildirib.
Qeyd edək ki, 3-cü dəfə prezidentliyə namizəd olmaq istəyən MAR prezidenti Faustin Arkanj Tuadera konstitusiyaya dəyişiklik etməklə bağlı iyulun 30-da referendum keçirilməsinə qərar verib.
Xatırladaq ki, 23 iyun 2023-cü ildə Vaqner Qrupunun lideri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun qüvvələrinə hücuma keçməkdə və onun qüvvələrinin “nəhəng” hissəsini öldürməkdə ittiham etdi. Priqojin Müdafiə Nazirliyinin rəhbərliyindən qisas alacağına söz verdi. Hərbi idarəçilikdə “şərin” dayandırılmalı olduğunu vurğulayan Priqojin “ədalət üçün addımlayacağını” bildirsə də “qardaş qanı axıdılmamasını” əsas gətirərək, qiymaı dayandıdı.