Sülh sazişi üzrə 90 faizlik nəticə: Yeganə maneə… – Şəfiyev açıqladı

 

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutdu. Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşdə vacib məsələlər müzakirə edildi. Sayca altıncı görüşlə bağlı müsbət yanaşmalar var.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, bu amil tərəflər arasında dinamikanın müsbət olduğunu göstərir: “Proses gedir. Sadəcə olaraq burada digər məsələlər müstəvisində müsbət yanaşmalar olduğu halda bir prinsip ətrafında razılaşma yoxdur. Bu da Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı olan məsələdir. Bu məsələ hələ ki mübahisə predmeti olaraq qalıb”.

Mərkəz sədri hesab edir ki, Qarabağda olan məsələlərlə bağlı hansısa bir beynəlxalq mexanizmin yaradılmasını Azərbaycan qəbul etmir: “Sülh sənədi üzrə 90 faizlik razılaşma olsa da, məhz bu məsələdə 10 faizlik əngəl olaraq qalacaq. Ona görə də, bu proseslə bağlı konkret proqnoz vermək çətindir”.

Fərid Şəfiyev Brüsseldə 1991-ci ilin Almatı sənədləri əsasında sərhədlərin dəqiqləşməsi məsələsinə də münasibət bildirib: “Burada Almatı sənədlərinə istinad ərazi bütövlüyü ilə bağlıdır. 1975-ci ilin xəritələri isə sərhədlərin delimitasiya və demarkasiyası prosesinə aiddir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password