Rusiyanın Bakıya qarşı bəyanatı: Kreml nə istəyir?

 

Rusiya Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanatı və sülh prosesini şərh edən bəyanatı iyulun 15-də yayılıb. Tarix təsadüfi deyil. Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında görüş 15 iyulda keçirilmişdi. Eyni zamanda, bu görüş ərəfəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan-Azərbaycan münasibətlərinin həlli ilə bağlı ətraflı müsahibə verib.

Bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

Onun sözlərinə görə, Moskva “fasiləni pozmaq” və öz baxışını ictimaiyyətə açıqlamaq qərarına gəlib:

“Burada üç tezis daha önəmlidir: 1. Rusiya faktiki olaraq Ermənistanın ərazi güzəştlərinə görə məsuliyyəti öz üzərinə götürmür. XİN-in bəyanatı buradan başlayır: “2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında AB-nin himayəsi altında keçirilən sammitlərdə Ermənistan Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıdı. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq…”

Yəni, ilk növbədə, diplomatik dildə desək, bütün bunlara İrəvan məsuliyyət daşıyır. Moskva İrəvanın bu razılığını Putin, Əliyev və Paşinyanın iştirakı ilə qəbul edilən üçtərəfli bəyanatın kardinal dəyişməsi kimi qəbul edir, yəni İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra yaranmış ilkin status-kvonun dəyişməsi.

2. Bu şərtlər daxilində Rusiya bir xüsusi və bir ümumi problem üzərində dayanmağı təklif edir. Xüsusi dedikdə “Qarabağın normal həyatının bərpası”dır. Heç bir status çətinliyi olmadan, təmiz “humanitar” formada. Ümumi problem isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi haqqında sazişdir.

Moskva yaxşı bilir ki, Qafqazda onun iştirakı olmadan istənilən sülh (ümumiyyətlə, istənilən kağız) onun səylərinə, imicinə, reputasiyasına güclü zərbədir. Və təbii ki, ondan qaçmaq daha yaxşıdır. Bu gün nəyin səhv edildiyini və kimin günahkar olduğunu müzakirə etmək üçün çox gecdir, vəziyyəti xilas etmək lazımdır. Qərb onsuz da Rusiyaya 12 may 1994-cü il tarixli müqavilədən tutmuş (Atəşkəs müqaviləsi nəzərdə tutulur – red.) Üçtərəfli bəyanatlara qədər (təkcə 9 (10) noyabr 2020-ci ildə deyil, həm də 2021-2022-ci illərdə imzalanmış bəyanatlar) bütün hərəkətlərinə görə təşəkkür etməyəcək. ABŞ və AB-nin başqa məqsədi var: Rusiyanın Ukraynadakı “düyünündən” yararlanmaq, onu Cənubi Qafqazda, Dnestryanı, sonra isə hər yerdə sıxışdırmaq.

3. Yalnız bir sual qalır. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatının mətni əslində həm Bakı, həm də İrəvan üçün qəbuledilməzdir. Azərbaycan Qarabağ məsələsini tamamilə və ən yaxşısı, heç bir güzəşt və nüans olmadan bağlamağa tələsir. “Artsax uğrunda” döyüşmək üçün heç bir resursu olmayan Ermənistan məsuliyyəti Rusiyanın üzərinə atmaq istəyir (ətraflı məlumat üçün Qriqoryanın müsahibəsinə baxın). Çətin şərtlər var.

Beləliklə, Moskvanın niyyəti qaçırdığı məqama görə düşdüyü vəziyyətdən çıxılmaz cəhd kimi görünür. Bunun üçün şanslar var. Hələ ki var!”/axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password