Rusiya kənarlaşır, XİN ona görə bu bəyanatı yaydı – Silayev

 

Ermənistan Dağlıq Qarabağı (keçmiş, hazırda belə bir inzibati ərazi vahidi yoxdur – red.) Azərbaycan ərazisi kimi tanıdıqdan sonra elə bir vəziyyət yaranıb ki, Rusiya kənarda qala bilər.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ-nin Xalq Tədqiqatları İnstitutunun aparıcı elmi işçisi, politoloq Nikolay Silayev erməni mediasına deyib.

O bildirib ki, hazırda Ermənistanın dövlət təbliğatında Qarabağ əhalisinin “bütün bəlalarında” Rusiyanı ittiham etmək xətti açıq-aşkar görünür:

“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bəyənatı bu cür ədalətsiz ittihamları dəf etmək üçün nəzərdə tutulub”.

Silayev bir daha Rusiya XİN-in bəyanatındakı bu sözləri təkrarlayıb: “Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb və bu, Ermənistan rəhbərliyinin işidir. Bununla belə, bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini dəyişir. Belə şəraitdə Dağlıq Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyəti üçüncü ölkələrin üzərinə atmaq olmaz”.

Qeyd edək ki, Rusiya XİN-in 15 iyulda məlum bəyanatı Azərbaycanın kəskin etirazına səbəb olub. Bəyanatda Rusiya XİN-in Azərbaycanın ərazi bütövlüyünə şübhə etdiyi və 10 noyabr 2020-ci il bəyanatının mətnini öz bildiyi kimi yozmağa çalışdığı təsəvvürü yaranır.

Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko isə Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğluna bəyantın ərazi bütövlüyünü qəti şəkildə şübhə altına almadığını deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password