Qarabağda kritik gəlişmə – Türkiyənin Rusiyaya mesajı gözlənilməz oldu

 

“Azərbaycan Rusiyanın vasitəçiliyindən imtina etməlidir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı son bədnam açıqlamasından sonra Moskvanın sülhdə və etnik ermənilərin Azərbaycana reinteqrasiyasında maraqlı olmadığı açıqlığı ilə üzə çıxdı:

“Rusiyanın bu bəyanatı erməni separatizmin davamına və Ermənistanla Azərbaycan arasında böhranı körükləməyə xidmət edir. Hesab edirəm ki, Rusiyanın bu açıq mövqeyindən sonra rəsmi Bakı Moskvanın vasitəçiliyindən imtina etməlidir. Rusiyanın təşəbbüsü ilə Moskvada xarici işlər nazirlərinin görüşünə də getməməlidir. İndiyədək Rusiya ərazisində keçirilən heç bir görüşdə müsbət nəticə olmayıb. Rusiyanın vasitəçi olduğu bütün görüşlər birmənalı Azərbaycanın əleyhinə yönəlib.

Rusiya Qarabağda yaşayan ermənilərini təhlükəsizliyinə və humanitar təminatına cavabdeh ola bilməz. Bu, Rusiyanın yox, bizim daxili işimizdir. Rusiyanın işi separatizmi saxlamaqdır, bunun üçün də dərindən-qabıqdan çıxır. Məhz bugünlərdə Rusiya Xankəndidə erməniləri Azərbaycana qarşı qaldırmaqla sülh danışıqlarını və reinteqrasiya prosesini pozmağa çalışır.

Qənaətimə görə, Rusiyanın pozucu səylərinə baxmayaraq, yaxın gələcəkdə İrəvanla Bakı arasında sülh müqaviləsinə yaxın bir sənəd imzalanacaq. Pozucu səylərini və ritorikasını sərtləşdirən Rusiya isə qarşısında Türkiyəni görəcək. Çünki artıq Türkiyə də kartları açıq oynamağa başlayıb. Prezident Ərdoğanın “Sülhməramlılar iki il sonra Qarabağdan çıxacaq” açıqlaması Moskvaya tutarlı mesaj oldu. Bu, bölgədə “mən də varam, atdığın, atacağın addımların qarşısında məni də görə bilərsən” deməkdir. Türkiyənin bu mesajı Rusiya üçün gözlənilməz oldu. Moskva həm də buna görə qəzəblidir, bilir ki, hansısa durumda Türkiyə ilə üz-üzə gəlmək istəməyəcək”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password