Moskva Qarabağdakı məqsədini açıqladı – “Ərdoğan Putinə mesaj göndərir ki…”

 

“Rusiya iki ildən sonra bölgəni tərk etməməyə çalışacaq, Türkiyə ilə birgə elə etməliyik ki, 200 illik bu problemə son qoyaq”

“Moskva açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatçı siyasət yürüdür. Rusiya bir tərəfdən bölgədə sülhü, tərəfdaşlığı dəstəklədiyini deyir, digər tərəfdən isə Brüsseldə sülh sazişi ilə bağlı əldə olunan müəyyən razılaşmalara qarşı çıxır”.

Bunu politoloq Elxan Şahinoğlu Rusiya XİN-in Azərbaycan əleyhinə son bəyanatını “AzPolitika.info”-ya şərh edərkən deyib.

Politoloq qeyd edir ki, Rusiya açıq şəkildə Ermənistan Baş nazirinə Azərbaycanın ərazi bütövlüyünü tanımamaqla bağlı əmr verib: “Bizə isə mesaj göndərirlər ki, “Laçın dəhlizi”ni açın!”. Halbu ki, heç “Laçın dəhlizi” deyə bir ifadə yoxdur. Bu, Rusiyanın sözü ilə əməlinin üst-üstə düşmədiyini göstərir. Belə nəticəyə gəlmək olar ki, Rusiya iki ildən sonra bölgəni tərk etməməyə çalışacaq. Üçtərəfli sazişə görə, Rusiyanın bölgədə qalmasını şərtləndirən beş illik bir müddət var və artıq onun üç ili arxada qalıb. Əgər biz bu müddətinin bitməyinə altı ay qalmış etiraz etsək, Rusiya bölgəni tərk etməlidir. Bu, sazişə görə bilədir. Amma reallıq necə olacaq? Bizə qarşı hansı təxribatlar yaradacaqlar?”

E. Şahinoğlunun sözlərinə görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitində Rusiyanın iki ildən sonra bölgəni tərk etməli olduğunu bildirib: “Ərdoğan açıq şəkildə dedi ki, iki ildən sonra rus hərbi kontingenti bölgəni tərk etməlidir. Ərdoğan əslində Putinə mesaj göndərir ki, iki ildən sonra Qarabağı tərk etməsə, Türkiyə ilə münasibətlər də gərginləşə bilər”.

“Rusiya siyasətində dəyişən bir şey yoxdur. Ənənəvi “parçala və hökm et” siyasətini davam etdirir. Rusiyanın bəyanatındakı cümlələr elə formalaşdırılıb ki, sanki söhbət Qarabağdan yox, keçmişdə Rusiya İmperiyasına aid olan bir ərazidən gedir. Onlar Qarabağı öz İmperiyalarının ərazisi hesab edirlər. Rusiya Xankəndinin və digər ərazilərin Azərbaycanın nəzarətinə keçməsini əngəlləməyə çalışır. Ona görə də biz qətiyyətli siyasətimizi davam etdirməliyik. Türkiyə ilə birgə elə etməliyik ki, iki ildən sonra Rusiya hərbi kontingenti Qarabağı tərk etsin və biz 200 illik bu problemə son qoyaq”,– politoloq bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password