Anlaşma başa çatır – Ərdoğan “davam edəcək” deyir, Kreml isə…
“Türkiyə beynəlxalq taxıl sazişinin benefisiarlarından biri və onun həyata keçirilməsinin yeganə faktiki təminatçısıdır”.
Bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert Ukrayna, Türkiyə və Rusiya arasında imzalanmış taxıl sazişinin müddətinin iyulun 17-də bitəcəyini bildirib:
“Hazırkı taxıl müqaviləsi çərçivəsində sonuncu gəmi Odessa limanını tərk edib.
Son günlərin ən mühüm mövzusu Ukraynadan taxıl ixracına dair razılaşmanın uzadılıb-uzadılmayacağıdır. Sövdələşmənin uzadılması iqtisadi baxımdan həm Ukrayna, həm də Rusiya üçün sərfəlidir. Çünki sonuncu müqavilədən çıxsa, taxılını beynəlxalq bazarlarda satması xeyli çətinləşəcək.
Ukraynanın 40 milyon ton (keçən ilin satılmamış məhsulu da daxil olmaqla), Rusiyanın isə 50 milyon tondan çox ixrac potensialı var.
Razılaşmanın müddətinin bitməsinə bir neçə gün qalmış Türkiyə Prezidenti Ərdoğan Ukrayna taxılının Qara dəniz üzərindən ixracına icazə verən sazişin uzadılması ilə bağlı rusiyalı həmkarı Vladimir Putinlə razılaşdığını nikbin bəyanatla açıqlamışdı.
Kremlin sözçüsü Peskov isə Türkiyə liderinin sözlərini təkzib edərək bildirib ki, Rusiya sövdələşmə ilə bağlı heç bir açıqlama verməyib, Türkiyə prezidentinin sözləri ilə desək, razılaşmanın müvəqqəti də olsa, bir neçə ay, xüsusən də Rusiyanın dünya gübrə bazarlarına çıxışın asanlaşdırılması və Ukraynanın malların keçidinə nəzarət rejiminin zəiflədilməsi ilə bağlı tələblər həll olunana qədər uzadılmasının mümkünlüyünə inam görmək olar.
Türkiyə müqavilənin benefisiarlarından biridir və onun həyata keçirilməsinin yeganə faktiki təminatçısıdır”.