Unun kəskin ucuzlaşması çörəyin qiymətinə necə təsir edir?

 

Unun qiyməti kəskin ucuzlaşıb, amma çörəyin qiymətində azalma yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, 38-40 manata qədər bahalaşan 50 kiloqramlıq bir kisə un hazırda topdansatış məntəqələrində 26-28 manata təklif olunur.

Marketlərdə isə çörək 60 qəpiyə satılır və son beş ayda cəmi beş qəpik ucuzlaşma müşahidə edilib.

Satıcılar bildiriblər ki, onlara çörək zavoddan 55 qəpiyə gətirildiyi üçün qiymətləri endirə bilmirlər.

Onların sözlərinə görə, sahibkarlar qiymətlərdə dəyişiklik etdiyi təqdirdə ucuzlaşma ola bilər.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, ölkəmizdə unun qiyməti 30 faizə qədər ucuzlaşsa da, çörəyin satış qiymətində əhəmiyyətli dərəcədə enmə gözlənilmir.

Onun sözlərinə görə, qiymətlərin daha aşağı səviyyəyə enməsi üçün digər xərclər də ucuzlaşmalıdır.

Çörək zavodlarından isə mövzu ilə bağlı bildirilib ki, son bir neçə ayda qiymətlər 2 dəfə dəyişib:

“Ümumi istifadədə olan çörəyin qiyməti 70 qəpikdən 60 qəpiyə endirilib. Hazırda kommunal xərclər qiymətin enməsinə imkan vermir”.

Daha ətraflı süjetdə:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password