Putin ilk dəfə “Vaqner”çilərlə görüşünün bəzi detallarını açıqladı

 

Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və digər “Vaqner”çilərlə görüşünün bəzi təfərrüatlarını açıqlayıb.

Putin həmin görüşdə “Vaqner”çilərin döyüş meydanında etdiklərini qiymətləndirdiyini söyləyib.

“Bir tərəfdən görüşdə onların döyüş meydanında etdiklərinə, digər tərəfdən 24 iyun hadisələri zamanı etdiklərinə qiymət verdim. Üçüncüsü, onların gələcək xidmətlərinin mümkün variantları barədə dedim”, – deyə “Kommersant” Putindən sitat gətirib.

Daha sonra Vladimir Putin həmin görüşdə iştirak edən 35 “Vaqner” komandirinə bir neçə iş variantını, o cümlədən birbaşa Sedoy ləqəbli komandirin rəhbərliyi altında işləməyi təklif edib.

“Onların hamısı bir yerə toplaşa və xidmət etməyə davam edə bilərdilər. Onlar üçün heç nə dəyişmiyəcəkdi. Onlara bütün bu müddət ərzində real komandirləri olduğu eyni şəxs rəhbərlik edəcəkdi. Mən bunu deyəndə çoxları başını tərpətdi, qabaqda oturub bunu görməyən Priqojin dinlədikdən sonra dedi: “Yox, uşaqlar bu qərarla razı deyillər”.

Jurnalistin “Vaqner” özəl hərbi şirkətinin hərbi qurum olaraq qalıb-qalmayacağı sualına isə ölkə lideri sərt cavab verib:

“Axı “Vaqner” qrupu mövcud deyil! Bizdə özəl hərbi təşkilatlar haqqında qanun mövcud deyil! Sadəcə yoxdur! Belə bir hüquqi şəxs mövcud deyil”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password