Xocalını da fitnəkar oyunlarına alət etdilər – Türkiyə hərəkətə keçdi
“Rusiya sülhməramlılarına Xocalı aeroportundan uçuşlar üçün istifadə etmələri qadağan olunmalıdır”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ruslar Xocalı aeroportundan helikopterin qaldırılması üçün istifadə edir:
“Əlbəttə, helikopterlər təkcə humanitar məqsədlərlə uçurulmur, bunlar vasitəsilə Qarabağdakı erməni birləşmələrinə və ya separatçılara silah-sursatın daşındığı da istisna deyil. Erməni birləşmələrinin ərazimizdə qalması Rusiyanın maraqlarına cavab verir, dəstəyi də buna görədir.
Hesab edirəm ki, rəsmi Bakı Xocalı aerportunda helikopterlərin uçuşunu qadağan etməlidir. Artıq Rusiya sülhməramlıları açıq şəkildə sülhə mane olmaq üçün separatizmin davamına dəstək verirlər. İki il sonra onlar ərazimiz tərk etməlidirlər, məsələni indidən həll etmək lazımdır. Bu baxımdan, Türkiyə Prezidenti Ərdoğanın son mesajı təsadüfi deyil. O, iki ildən sonra rus hərbçilərinin Qarabağdan gedəcəklərini dedi.
Məhəmməd Əsədullazadə qeyd edib ki, NATO-nun son Litva sammitində baş verənlər Türkiyənin mövqeyini xeyli gücləndirib:
“Yeni komandası ilə hərəkətə keçən Ərdoğanın Rusiya siyasətindəki yeni çalarlar da nəzərə çarpmağa başlayıb. Bu kontekstdə qarıdakı dövrdə Türkiyənin qətiyyətli addımlar atacağı bölgələrdən biri də Cənubi Qafqaz olacaq. Bu baxımdan, Rusiya sülhməramlılarının Qarabağda qalması Türkiyənin maraqlarına uyğun deyil. Ankara Moskvaya bununla həm də onu demək istədi ki, əgər bu gün bölgədə separatizm qalırsa, bunun səbəbkarı sənsən. Buna görə də, Ankara rusların çıxarılmasını indidən gündəmə gətirir və öz mesajını verir ki, sabah narazılıq olmasın”.