Erməni ordusu niyə sərhəddə hücuma keçdi? – Korotçenko

 

2020-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş verən Tovuz döyüşlərindən 3 il ötür. Bu, Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyanın şəxsi göstərişi ilə (“Tonoyan doktrinası” adlanan sənədin həyata keçirilməsi çərçivəsində – ərazilərə sistemli qabaqlayıcı zərbələrin endirilməsini nəzərdə tuturdu) genişmiqyaslı erməni silahlı təxribatı idi. Məqsəd Bakını şantaj etmək, Qarabağ və onun ətrafında işğal olunmuş əraziləri azad etmək cəhdlərindən əl çəkməyə məcbur etmək üçün Azərbaycan ərazisi, o cümlədən Azərbaycanın mühüm infrastrukturunu Ermənistanın raket hücumu təhlükəsi ilə üz-üzə qoymaq idi.

Bu sözləri rusiyalı politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Tovuz döyüşlərinin 3-cü ildönümü ilə bağlı deyib.

“Döyüşün əsas yükü Azərbaycan sərhədçilərinin çiyninə düşdü, daha sonra onlar Azərbaycan Silahlı Qüvvələrinin digər ordu hissələri tərəfindən gücləndirildi. İyulun 12-də başlayan hərbi əməliyyatların aktiv mərhələsi iyulun 17-si axşama qədər davam etdi. Bu müddət ərzində Ermənistan ordu bölmələrinin Azərbaycan mövqelərini ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı, heç bir ərazi güzəştinə yol verilmədi.
Eyni zamanda, döyüşlər iki ölkənin dövlət sərhədində getdiyindən Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri yalnız düşmənin atəş nöqtələrinin məhv edilməsi və onların irəliləməsinin qarşısının alınması məqsədi daşıyırdı. Tovuz hadisələri İkinci Qarabağ müharibəsinin müqəddiməsinə çevrildi.

2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun kütləvi artilleriya və raket hücumuna cavab olaraq (eyni “Tonoyan doktrinası” çərçivəsində) Azərbaycan Ordusu “Dəmir yumruq” əks-hücum əməliyyatına başladı və cəmi 44 gün davam edən döyüşlər əsas düşmən qruplarını tamamilə məğlub etdi.

Şuşanın Azərbaycan xüsusi təyinatlıları tərəfindən azad edilməsi, 2020-ci il noyabrın 9-da (10-da) Nikol Paşinyana Ermənistanın faktiki təslim aktına çevrilən Üçtərəfli Bəyanatı imzalatdı”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password