“Bu, Putinə məruzə edilib, Ukraynaya çevrilə bilərik” – Ermənilər şokda
“Ermənistan sürətlə Rusiyaya dost olmayan dövlətlərdən birinə çevrilir”.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Amerika səfəri ölkənin açıq şəkildə ABŞ-ın hərbi-siyasi sferasına daxil olmasına həsr olunub. İndiyədək proses davam edirdi, amma reklam olunmurdu. İndi Ermənistanın özünü dünyaya və ilk növbədə Rusiyaya himayədarı seçdiyi Amerikanın peyki kimi təqdim etməsi mərhələsi gəlib çatıb. Qriqoryan Dövlət Departamentində Qarabağın Azərbaycana təhvil verilməsi və nəhayət, Moskva ilə imzalanmış üçtərəfli bəyanatların dəfn edilməsi istiqamətində növbəti addımları müzakirə edib.
Pentaqon Ermənistan ordusunu və hərbi təhsilini NATO standartlarına aparır. Ermənistanı NATO-ya daxil etmədən, Cənubi Qafqazda Ukrayna ssenarisi hazırlanmırmı?
Amerika şirkətlərinin Ermənistanın nüvə layihələrində iştirakı;
Mərkəzi Kəşfiyyat İdarəsi ilə (Dövlət Departamentinin iştirakı ilə) birgə xüsusi layihələr, məsələn, informasiya təhlükəsizliyi mərkəzinin açılması və milli kəşfiyyat xidmətinin yaradılması;
Bu məqamların hər biri birlikdə Rusiyanın maraqlarına birbaşa təhdiddir. Ermənistan sürətlə Rusiyaya dost olmayan dövlətlərdən birinə çevrilir”, – nəşr bildirir.
Qəzet Qriqoryanın Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı tənqidi fikirlərinin də Moskvanın xoşuna gəlməyəcəyini söyləyib. Mənbənin iddiasına görə, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri dövlət katibi Entoni Blinkenin ona verdiyi tezislər üzrə danışıb.
“İndi bu gəlişmələr Putinə təqdim olunub, gözləyək, görək başımıza nə gələcək?”, – məlumatda qeyd olunur.