Xanlıq-Qubadlı yolunun tikintisində dövlət vəsitini kimlər talayır? – “Polat Yol Yapı”, yoxsa…

Cəfərov Cavid, Məhiyev Rahib, Bağırov Elxan, Balakişiyev Yalçın, Eyubov Ramil, Qubadov Niyaz, Əliyev Elşən, Quliyev Seymur, Qəhrəmanov Bəhruz, Sultanov İlham, Talıbov Namiq, Əliyev Vahid kimi bir qrup sahibkarlar tərəfindənbaşda Prezident İlham Əliyev olmaqla bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə və kütləvi informasiya vasitələrinə  müraciət unvanlanıb.
 Aktualinfo.org şikayətçi sahibkarların məktubunu olduğu kimi təqdim edir:
“SK CONSTRUCTİON” MMC-nin formal rəhbəri olan Təhməzov Qalib Valeh oğlu bizim etibarımızdan sui-istifadə edərək aldadıb küllü miqdarda pulumuzu mənimsəyib.
Qalib Təhməzovun bizə qarşı etdiyi hərəkətlər Azərbaycan Respublaiksının Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkibini yaratdığı üçün  hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişik.
Qeyd edək ki, Qalib Təhməzov  “SK CONSTRUCTİON” MMC -ni öz sürücüsü Azər Mahmudovun adına təsis edərək belə talançılıqla, dələduzluqla insanları aldadıb dövlətin ayırdığı vəsaiti isə talan edir.
Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolunun tikintisi AAYDA “37 №-li Yol İstismarı”MMC ilə subpodratçı şirkət olaraq Türkiyənin Polat Yol Yapı San. Və Tic Anonim Şirkəti-nin Azərbaycan Respublikasındaki Filialına (VÖEN 1500968811) həvalə edilmişdir. Yolun Xanlıq yaşayış məntəqəsindən ayrılan, uzunluğu 17 km olan hissəsindən torpaq qatının və qurğuların tikintisi işləri aparılması üçün “Polat Yol Yapı” şirkəti ilə  “SK CONSTRUCTİON” MMC arasınada 01 yanvar 2022-ci il tarixdə XQL-2021-041 nömrəli müqavilə imzalanmışdır. 2021-ci ilin dekabr ayı tarixində “SK CONSTRUCTİON” MMC-nin formal rəhbəri Qalib Təhməzov biz sahibkarlar ilə müqavilə bağlayıb ağır yük daşıyan və yol tikintisi aparan texnikaları həmin işə cəlb etmişdir. Müəyyən müddət ərzində həmin yol tikintisində biz sahibkarların çoxlu sayda ağır texikaları işləyib əmək sərf etmişdir. Ortada yaranmış etibardan sui-istifadı edən “SK CONSTRUCTİON” MMC-nin sahibi Qalib Təhməzov bizə düşəcək küllü miqdara pulu ələ keçirərək mənimsəyib.
Dəfələrlə “SK CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovdan bizə düşəcək pulumuzu ödəməsini xahiş və tələb etsəkdə AAYDA 37 li saylı yol istismarı MMC ilə “Polat Yol Yapı” şirkətinin ona gördüyü işə pul ödəmədiyini bəhanə gətirərək bizə pul ödəməkdən boyun qaçırmışdır. Bu və bunun kimi “sahibkarlar” cənab Prezidentimizin uğurlu siyasətinə, Qarabağımızın yenidən qurlulmasına kölgə salırlar.
“SK CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovun bizə qarşı etdiyi hərəkətlər cinayət əməli olduğu üçün hüquq mühafizə oraqnlarına şikayət ərizəsi ilə müraciət etmişik.
“SK CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovun bizi aldadıb küllü miqdarda pulumuzu mənimsəməsini təsdiq edən konkret və mötəbər subutlarımız var.
Aidiyyatı mərkəzi orqanların rəhbərlərindən və hüquq mühafizə orqanlarından xahiş edirik etibarımızdan sui-istifadə edərək pulumuzu ələ keçirib mənimsəmiş, dövlətə küllü miqdarda ziyanlar vurmuş  “SK CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovun barəsində qanunu və ciddi tədbirlər görəsiniz.
Aktualinfo.org-un açıq mənbələr üzərindən apardığı araşdırmada “SK CONSTRUCTİON” MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat tapılmadı.
Yalnız Dövlət Vergi Xidmətinin Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında  “SK CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.11.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR, ev 126, m. 56, qanuni təmsilçisi kimi isə Həşimov Zülfüqar Əliağa oğlu qeyd olunub.
Apardığımız ətraflı araşdırmada məlum oldu ki, MMC ilkin olaraq qanuni təmsilçisi Qədirov Qədir Abdulhəsən oğlu olub. 2022-ci ilin yanvar ayında MMC-nin qanuni təmsilçisi Mahmudov Azər Vəli oğluna, daha sonra Həşimov Zülfüqar Əliağa oğlunun adına dəyişdirilib. Göründüyü kimi şikayətçi sahibkarların adını hallandırdığı Təhməzov Qalib Valeh oğlunun adı MMC-nin rəsmisi kimi qeyd olunmayıb. Sahibkar Cəfərov Cavidin qanuni təmsilçisi olduğu “GTG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “SK CONSTRUCTİON”  arasında bağlanmış müqavilədə də MMC-ni Qədirov Qədir Abdulhəsən oğlu təmsil edib.
Bəs onda Təhməzov Qalib Valeh oğlu kimdir və sahibkarlar ondan niyə şikayətçidirlər? Araşdırmalarımızı davam etdiririk və mövzuya yaxın günlərdə bir daha qayıdacağıq.
Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password