Yaxın dövrdə Azərbaycan bölgənin hərbisizləşdirilməsi prosesini icra edə bilər

 

Son dövlər Ermənistan tərəfi beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı fəal iş aparır.

Bu barədə sualları cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

“Əsas məqsəd kimi Azərbaycanın imicini korlama beynəlxalq nüfuzumuzua ləkə salmaq niyyəti özünü açıq şəkildə göstərir. Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Azərbaycana qarşı iddiaların irəli sürülməsi, çəkişmələrin getməsi 2020-ci ildə Vətən müharibəsindən sonra geniş şəkildə müşahidə olunur. Azərbaycanın nəzarət buraxılış məntəqəsini təsis etməsi Ermənistan tərəfidən başqa cür təqdim olunurdu. Sanki Azərbaycan Qarabağ iqtisadi rayonunda etnik erməniləri sıxışdırır və etnik təmizləmə siyasəti tətbiq olunur. Bu tamamilə yalnış fikirlərdir. Azərbaycan təhülkəsizliyin təmin olunması, eləcə də reinteqrasiya prosesində maraqlıdır. Eyni zamanda nəzarət buraxılış məntəqəsi mülki şəxslər üçün tamamilə açıqdır, humanitar məqsədlərə xidmət edir və Azərbaycanın beynəlxalq hüquq əsasında suveren fəaliyyətinin nəticəsi kimi nəzarət buraxılış məntəqəsi qurulub. Azərbaycan diplomatiyası siyasi hüquqi əsasda bir daha öz möhkəm siyasi iradəsini nümayiş etdirdi. Ermənistanın vəsatəti yekdilliklə rədd edildi”, – deyə o bildirib.

İ. Hüseynov əlavə edib ki, yaxın dövrdə Azərbaycan bölgənin hərbisizləşdirilməsi prosesini icra edə bilər.

“Bölgədə olan qeyri-qanuni terroçular, silahlı birləşmələr qısa zamanda kəsiyində Azərbaycan ərazisini tərk etməlidir. Ermənistan ordusunun silahlı birləşməlirinə Azərbaycanda yer yoxdur və bununla bağlı olaraq Ermənistan öhdəlik götürüb. Təəsüflər olsun ki, üç ilə yaxın müddət ərzində hələ də bu öhdəlik yerinə yetirilməyib”, – deyə o qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password