Dünya mediası bundan yazır – Ərdoğanın sözü gündəmi dəyişdirdi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ölkəsinə gələn ukraynalı həmkarı Vladimir Zelenskini qəbul edib. Təxminən üç saat davam edən ikitərəfli görüş dünya mediasının ən mühüm gündəm mövzularından birinə çevrilib.

Teleqraf.com xəbər verir ki, gələn həftə Litvada keçiriləcək kritik NATO sammiti öncəsi baş tutan görüşü yaxından izləyən ABŞ mətbuatı Türkiyə liderinin açıqlamalarına geniş yer verib.

CNN Prezident Ərdoğanın Ukraynanın NATO üzvlüyünə layiq olduğunu bildirdiyini, Zelenskinin isə bundan məmnun olduğunu qeyd edib. Ərdoğanın müharibə başlayandan bəri Rusiya və Ukrayna arasında balanslaşdırıcı və kilid güc olduğunu vurğulayan kanal Türkiyənin vasitəçiliyi ilə əldə edilən taxıl müqaviləsinin qlobal aclıq böhranının qarşısını aldığını xatırladıb.

Türkiyə prezidentinin müharibə boyu strateji tarazlıq faktoru olduğuna diqqət çəkən “Politico” qəzeti isə yazır: “Türkiyə Putinin işğalını pisləyərkən, Ukrayna qüvvələrinə “Bayraktar” PUA-ları verir”.

Amerika nəşri Türkiyənin sülh danışıqlarında liderlik rolunu öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb.

Ərdoğanın Ukraynanın NATO üzvlüyünü dəstəklədiyini gündəmə gətirən Almaniya mətbuatı Rusiya lideri Putinin Türkiyə səfərinə də diqqət çəkib. “Tagesschau” Putinin müharibə başlayandan bəri ilk dəfə Türkiyəyə gələcəyini bildirib.

 

“Türkiyə müharibə başlayandan bəri həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərini saxlayır”, – məqalədə qeyd olunub.

“Spiegel” isə Ərdoğanın sülh prosesi üçün göstərdiyi səylərə toxunaraq vurğulayıb: “Türkiyə lideri sülh masası üçün təzyiq edir”.

Rusiya liderinin avqustda Türkiyəyə səfər edəcəyini yazan alman qəzeti Ərdoğanın onunla iyulun 17-də bitəcək taxıl anlaşmasını müzakirə edəcəyini vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password