Qarabağda erməni hərbi birləşmələrin ləğv edilməsi qaçılmazdır – Bakının hədəfi bəlli
Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Kristina Quinn açıqlayıb ki, “ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır və ümid edir”. Bu açıqlama Vaşinqton görüşündə XİN başçıları arasında əsas müzakirə mövzusu və fikir ayrılıqlarından biri erməni qoşunlarının Qarabağdan çıxarılması, ermənilərin Azərbaycana reinteqrasiya məsələsi olduğunu göstərir. Belə bir açıqlamadan sonra demək olarmı ki, Vaşinqton da Bakının şərtləri əsasında iki ölkə arasında sülhün əldə olunması fikrində qətidir?
Məsələ ilə bağlı açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov bildirib ki, əslində Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaqları ilə bağlı razılıq ilk dəfə olaraq qərb platformasında Nikol Paşinyanın razı salındığı danışıqların təkib hissəsi kimi müzakirə mövzusu olub və buna Paşinyan razı olub.
“Son Brüssel görüşündə Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıması və bunun bir işartısı idi. Sirr deyilki üçtərəfli bəyənatın imzalanmasından sonra müəyyən müddətdə biz müxtəlif qərb ölkələrində kəskinliyi ilə qarşılaşdıq”.
Politoloq qeyd edib ki, Amerika Birləş Ştatlarında parlamentarilərin çıxışları və bəyanatları hər kəsə məlumdur.
“Artıq il yarımdır ki, Vaşinqtonun Cənubi Qafqazdakı proseslərə yanaşmasında ciddi dəyişikliklər var. Dəyişikliklər ondan xəbər verir ki, onlar bölgədədki reallığı qəbul ediblər. Və ABŞ, Azərbaycan, Ermənistan arasında analşma mövcuddur. Anlaşma ondan ibarətdir ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində qalmalı və oradakı separatçı qurum ləğv edilməlidir. Ermənistanda müxalifətin bu məsələyə necə yanaşmasından aslı olmayaraq reallıq odur ki, həmin ölkənin vətəndaşları tərəfindən də bu məsələ qəbul edilməkdədir. Əgər belə olmasaydı bu gün İrəvanda mitinqlərin şahidi olaradıq. Qarabağın dağlıq hissəsində qondarma separatçı qurumun instutlarının ləğv edilməsi və erməni hərbi birləmələrin ləğv edilməsi qaçılmazdır.”
Z. Məmmədov bildirib ki, bəzi qüüvvəllər buna qarşı hələ də mübarizə aparır.
“Bu mübarizə yeni müharibə və antiterror əməliyyatı deməkdir. Ancaq biz qan tökülmədən bu məsələləri həll etmək istəyirik”, – deyə o qeyd edib.