İlham Əliyevin Bakıdakı tədbirdə çıxışı “Haber Global”ın diqqət mərkəzində
Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclası öz işinə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.
Türkiyənin “Haber Global” kanalı Prezident İlham Əliyevin iclasdakı çıxışını geniş işıqlandırıb.
Dövlət başçısı Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqamın Vətən müharibəsində tarixi qələbəmiz olduğunu – 2020-ci ildə Azərbaycanın Ermənistanı döyüş meydanında məğlub edərək 30 illik işğala son qoyduğunu deyib.
Prezident İlham Əliyev həmçinin çıxışında özünü Azərbaycandakı erməni milli azlığın müdafiəçisi kimi göstərməyə çalışan Fransanı tənqid edib və rəsmi Parisin başqa dövlətlərin işinə qarışmaq yerinə öz ölkəsindəki narahatedici meyillərlə mübarizə aparmalı olduğunu bildirib.
Xatırladaq ki, üzv ölkələrin yekdil qərarı ilə Azərbaycan bu mötəbər təşkilata 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürüb.
Ətraflı süjetdə: