“Artıq hamımız başa düşürük ki, Qarabağ…”- erməni politoloq

 

“Heç bir Qərb ölkəsi Azərbaycana qarşı Ermənistanla əməkdaşlıq etməkdə maraqlı deyil”.

Bunu erməni politoloq Suren Surenyants deyib.

Ekspert Azərbaycanın 44 günlük müharibədəki qələbəsinin ermənilərin Qarabağla bağlı separatçı arzularına son qoyduğunu etiraf edib.

“Artıq hamımız başa düşürük ki, “Qarabağın müstəqilliyi gündəliyi” müharibənin xarabalıqları altında qalıb”, – Surenyants bildirib.

Politoloq ABŞ kimi qlobal bir gücün artıq Qarabağ ermənilərini Azərbaycanın tərkibində yaşamağa çağırdığını söyləyib. O, bununla bağlı ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinin açıqlamasını xatırladıb.

“Səfirin açıqlaması bir sıra məqamlara aydınlıq gətirdi. Bu, həm də onun sübutudur ki, heç bir Qərb ölkəsi Azərbaycana qarşı bizimlə əməkdaşlıq və ya müttəfiqlik etməkdə maraqlı deyil”, – Surenyants vurğulayıb.

Eyni zamanda, politoloq əlavə edib ki, məğlub olan ölkə üçün yaxşı həll yolu ola bilməz. Surenyants müharibədə məğlub olan Ermənistanın qlobal güclər tərəfindən Azərbaycanın tələb və şərtlərini qəbul etməyə məcbur edildiyini də deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan “status” məsələsinin yer aldığı Rusiya yox, Qarabağın Azərbaycana təhvil verilməsini ehtiva edən Qərb variantını seçdiyini iddia edib.

“Artıq Ermənistan da daxil olmaqla, bütün digər tərəflər Qarabağ məsələsini Azərbaycanın daxili işi kimi qəbul edirlər”, – Surenyants vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password