“ABŞ heç vaxt bunu deməyib…” – “Vaşinqtonda Qarabağın yox, Ermənistanın statusu müzakirə olunur”

 

ABŞ-ın Ermənistandakı səfirinin Qarabağdakı ermənilərin gələcəyi ilə bağlı son açıqlaması İrəvandakı millətçiləri və revanşistləri, eləcədə Xankəndidəki separatçıları çox məyus edib.

Səfir Kristina Kvin deyib ki, ABŞ Qarabağın erməni sakinlərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına inanır. Bu, ermənilərin güvəndiyi mərkəzlərdən olan ABŞ-ın mövqeyinin ən bariz təzahürüdür. Hansı ki, əvvələr Vaşinqtonun mövqeyi bu qədər açıq və dəqiq ifadə olunmamışdı…

Artıq iki gündür ki, ABŞ səfirinin bu açıqlaması erməni mətbuatının əsas gündəm mövzularından biridir. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə erməni mətbuatına danışan politoloq Beniamin Matevosyan hazırda ABŞ-ın fəallıq göstərdiyi danışıqlarda əsas müzakirə mövzusunun Qarabağın deyil, Ermənistanın statusu məsələsi olduğunu bildirib: “Əslində, Vaşinqton danışıqları “artsax”ın deyil, Ermənistanın statusunun müəyyən dilməsi ətrafında aparılır”.

Erməni politoloq deyib ki, Azərbaycan özünün istədiyi xəritələr əsasında sərhədlərin demarkasiyasının və delimitasiyasının aparılmasını istəyir. Matevosyan ABŞ səfirinin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamalı olduğuna dair fikirlərinə də təəccüblənmədiyini əlavə edib. Çünki Nikol Paşinyan hələ 2022-cilin 6 oktyabrında Praqada keçirilən danışıqlarda artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb:

“Əgər biz bəyanatı (ABŞ səfirinin bəyanatı) daha aydın şəkildə açsaq, bu, o deməkdir ki, “artsax” xalqı üçün ən yaxşı təminat Azərbaycan Konstitusiyasına riayət etməkdir, “artsax” üçün heç bir beynəlxalq təminat yoxdur. ABŞ heç vaxt bunu deməyib. Nikol Paşinyan artıq Qarabağ ermənilərinin heç bir statussuz Azərbaycanın tərkibində olduğunu tanıyan proqramı qəbul edib. Təhlükəsizliyin qarantı isə Azərbaycan Konstitusiyasıdır. Biz ABŞ səfirinə öz səmimiliyinə görə minnətdar olmalıyıq”.

İndiki vəziyyətin yaranmasında Nikol Paşinyan hakimiyyətini günahlandıran politoloq Bakı ilə Xankəndi arasında danışıqları vacib sayıb, lakin deyib ki, bu prosesdə tərəflər eyni səviyyədə təmsil olunmalıdır. Ancaq o, Bakının buna gedəcəyinə skeptik yanaşdığını da söyləyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password