Bu tarixdən selin vurduğu ziyana görə fermerlərə SIĞORTA ödənişi veriləcək

 

Son iki ayda bölgələrdə baş verən daşqınlarla bağlı aqrar sırğorta fonduna rekord sayda müraciət daxil olub.

Minə yaxın fermerin təsərrüfatına ziyan dəyib.

Fondun şöbə müdiri Ləman Alıyeva bildirib ki, rayonlardan göndərilən bütün müraciətlərə baxılır. Onun sözlərinə görə,  ötən illə müqayisədə bu ilin ilk 6 ayı ərzində baş verən sığorta hadisələrinin sayında kəskin artım müşahidə olunur.

May-iyun aylarında baş verən daşqınlar zamanı ən çox buğda, arpa, qarığdalı və pambıq sahələrinə ziyan vurub.

Ləman Alıyeva qeyd edib ki, müstəqil ekspertləri sözügedən ərazilərə ezam olunublar.

“Qiymətləndirmə işlərindən sonra fermerlərə dəymiş zərərin həcmi müəyyənləşdiriləcək.”

Sığorta ödənişlərinin isə avqust ayında verilməsi nəzərdə tutulub. Şöbə müdiri əlavə edib ki, yalnız əkin sahələrini sığorta etdirən şəxslər sığorta ödənişlərdən faydalana biləcəklər.

Mövzu ilə bağlı “Xəbər Ertəsi”nin hazırladığı videomaterialı təqdim edirik.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password