Ərdoğandan kritik addım – Hakan Fidanla yola düşür

 

NATO-nun Litva sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstan Baş naziri Kiriakos Mitsotakis arasında keçirilməsi planlaşdırılan görüşü yunan mediasının ən mühüm mövzularından birinə çevrilib.

“Kathimerini” qəzeti liderlərin görüşdən sonra iki ölkə arasında təmasların bərpa olunacağını açıqlamalarının gözlənildiyini yazıb.

Egey və Şərqi Aralıq dənizində sakitlik dövrünün bu qərarda təsirli olduğunu vurğulayan nəşr görüşün uzun sürməyəcəyini, xarici işlər nazirləri Hakan Fidan və Nikos Dandiasın da görüşə qatılacağını bildirib.

Görüşdən məşvərətçi təmasların və etimad tədbirlərinə dair danışıqların bərpası kimi gözləntilərin olduğunu vurğulayan qəzet ABŞ prezidentinin müşaviri Ceyk Sallivanın türk həmkarı Akif Çağatay Kılıçla görüşünə də diqqət çəkib.

Türkiyənin Qərblə yaxınlaşmasının Ankaranın İsveçin NATO üzvlüyünə razılıq verəcəyi anlamına gəlmədiyini yazan nəşr Türkiyənin əsas gündəm maddəsinin F-16 olduğunu iddia edib. Mənbə xatırladıb ki, Türkiyə NATO-da ikinci ən böyük orduya malikdir.

“Ərdoğan F-16 məsələsində Konqresin etirazlarınə dəyişdirməsi və lazım gələrsə, bunun üzərindən keçməsi üçün Co Baydenə meydan oxuyur”, – məqalədə qeyd olunub.

İn.gr xəbər saytı da Yunanıstan-Türkiyə münasibətlərində uzun müddət davam edən gərginlikdən sonra Mitsotakis-Ərdoğan görüşünün asan olmayacağını, amma nikbin ssenarilərin olduğunu yazıb.

Sayt Ərdoğan-Mitsotakis görüşünün arzu olunan nəticəsini üç maddədə ümumiləşdirib:

İki ölkə və iki lider arasında rabitə kanallarının yenidən qurulması;

Siyasi dialoqun intensivləşdirilməsi, etimad quruculuğu tədbirləri və miqrasiya kimi məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi;

Türkiyə və Yunanıstan arasında əsas məsələlər üçün addım-addım yol xəritəsinin hazırlanması, yanlış addımlardan qaçınmaq üçün moratoriumun saxlanılması.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password