Təzadlar ölkəsi – Fransa!

 

Fransa hakimiyyəti tarixinin ən utancverici dövrünü yaşayır. İş o yerə çatıb ki, ölkədə xaos, hərc-mərclik, itaətsizlik pik həddədir. Hər ötən gün bu vəziyyət daha da dərinləşir. Şübhəsiz ki, bu gün Fransada yaşananların ən böyük səbəbi Emanuel Makronun qurduğu rejim və tətbiq etdiyi idarəetmə formasıdır.

Prosesləri nə qədər soyuqqanlılıqla izləməyə çalışsan belə, baş verənlərlə bağlı qaneedici, ağlabatan bir cavab tapmaq mümkün olmur. Demək olar ki, Fransa illər öncə başqaları üçün qazdığı quyuya hazırda özü yuvarlanmaqdadır. Belə ki, bəzi Avropa ölkələrinin, bu məsələdə xüsusən də Fransanın fəallığını qeyd edə bilərik, – 10 il bundan öncə ərəb ölkələrində təşkil etdiyi “ərəb baharı” hazırda Avropa İttifaqının düz mərkəzində, Fransanın özünün başına gəlir.

Əslində bundan öncə də Fransada yaxın keçmişdə bu kimi iğtişaşlar, qarşıdurmalar, iri miqyaslı etiraz aksiyaları, etirazçılarla güc struktutrları arasında toqquşmalar baş vermişdi. Demək olar ki, hər birində səbəb təxminən eyni olurdu – irqi ayrıseçkilik, islamafobiya. Görünür bacısı Ermənistan kimi uzun illər ğzünü dünyaya Avropanın mədəniyyət beşiyi, demokratiya carçısı kimi sırıyan Fransa bütün bu “statuslarından” imtina edib, etnik təmizləmə siyasətinə üstünlük verməyə çalışır.

Belə olmasaydı, yaxın bir-iki il ərzində artıq neçənci anoloji hadisə yaşanmazdı. Təkcə onu qeyd etmək yerinə düşər ki, COVİD-19 pandemiyası zamanı Paris və diğər şəhərlərdə müsəlmanların kampakt yaşadığı məhəllələrdə və digər ərazilərində polis Fransanın qalan hissəsinə nisbətən iki dəfə çox yoxlama həyata keçirib. Bu reydlərdə polis ancaq maska istifadə etmədiyi üçün öldürdüyü şəxslər arasında çoxluq müsəlman və qeyri fıransızlardır.

Əlcəzairəsilli, qaradərili 17 yaşlı Naelin polislər tərəfindən avtomobilində qət bu proseslərin davamı idi. Naelin qətli ilə bağlayan bu son etiraz aksiyaları artıq bütün ölkəni bürüyüb. Təkcə bir gecədə Fransa polisinin etiraz aksiyalarında iştirak edən 1000-dən çox nəfəri saxlayıb, onlara qarşı zor və şiddət tətbiq etməsi hadisələrin hansı yerdə olduğunu aydın göstərir.

Əgər özlərinin qeyd etdiyi kimi Fransanın demokratiya anlayışı budursa, vay o cəmiyyətin halına. Hakimiyyət üçün nə insan haqları, nə də söz-fikir azadlıqlarından söhbət gedə bilməz. Bunu elə “daun” xəstəsi olan gənci anasının gözü qarşısında Fransa polisinin işğəncə verməsi faktı təsdiq edir. Belə anlaşılır ki, Emanuel Makron artıq başını itirib, nə dediyini, hansı qərarı verdiyini də bilmir. Belə olmasaydı Fransa lideri ölkəsində artıq bir həftədir dayanmaq bilməyən, coğrafiyası daha da genişlənən etiraz dalğasının səbəbini aparıb sosial şəbəkələrə bağlamazdı, TikTok-un üzərinə atmazdı.

Bu detal özü də bir daha nümayiş etidirir ki, Fransada baş verənlər artıq dövlət böhranı səviyyəsinə çatıb. Əsas şəhərlərdə idarəetmə iflic vəziyyətdədir. Hər gün daha da alovlanan və genişlənən etirazlar ölkədəki xaos və hərc-mərcliyi daha da dərinləşdirir. Buna baxmayaraq, Fransa polisi öz vətəndaşı ilə yaşlısına, xəstəsinə, qadınına baxmadan çox sərt şəkildə amansız rəftar etməyə davam edir.

Rahatlıqla demək olar ki, bu gün Fransada Makron rejiminə itaətsizlik hökm sürür. Əslində son vaxtlar Fransada Afrikaəsilli insanlara qarşı güc strukturlarının amansız davranışlarını heç də təsadüf adlandırmaq olmaz. Bunun qlobal miqyasda baş verən siyasi proseslərlə bilavasitə bağlı bir məsələ olduğu istisna edilmir.

Bu məqamda bir detala diqqət çəkmək lap yerinə düşər: Fransanın artıq Afrikadakı müstəmləkələrindən qovulması prosesi sürətlənib. Bğyük ehtimalla məhz elə bu amil də E.Makron hakimiyyətinin qeyri-fransızlara qarşı aqressiyasını daha da artırır, onlardan qisasını bu şəkildə almaq tapşırığı verib. Bu isə çarəsizliyin ən böyük nişanəsidir. Fransadakı hazırkı böhranlı vəziyyət yarıtmaz siyasətin bəhrəsidir ki, bunu da birbaşa olaraq elə Makronun ayağına yazmaq olar.

Bu aksiyalarda iştirak edən Fransa vətəndaşlarının günü-gündən sayının artması, iğtişaşların daha da kütləvi xarakter alması deməyə əsas verir ki, Makron rejiminə itaətsizlik durmadan artır. Maraqlısı burasındadır ki, dünyaya demokratiya dərsi keçməyə çalışan bir ölkədə hazırda insanların fundamental hüquqları – təhlükəsiz yaşamaq, şəxsi mülkiyyət hüquqları təmin edilmir. Təzadlarla dolu Fransada Makron indi öz xalqının üzərinə silahlı polisləri göndərməklə bir zamanlar müxtəlif Afrika ölkələrində yaratdığı diktator rejimlərinin liderlərini xatırladır.

Qərb imicinə böyük zərbə vuran Makrondan qurtulmaqda maraqlı olmalıdır. Çünkü bu gün Fransa MAkronun yarıtmaz siyasəti nəticəsində Avropada demokratiyanı “dəfn” etməklə məşğuldur. Qərb, xüsusilə də Avropa İttifaqı bu məsələdə çevik tərpənməsə Makron “qoca qitə”ni diktatura və xaos mərhələsinə keçirməklə təkcə Fransa üçün yox, ümumilikdə dünya üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password